Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

03.12.2025 14:16 462
Ağsuda dələduzluq edən
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb.

Piriyev özünü vəzifəli şəxs kimi təqdim edərək, müxtəlif yalan vədlərlə zərərçəkmişlərin onun bank kartına pul göndərməsinə nail olub.

Q.Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23 sutka inzibati qaydada həbs olunub.
//oxu.az

Son xəbərlər