Paytaxtda məktəbli qızın meyiti tapıldı
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 1-i saat 01 radələrində Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
