Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Moskva-Tehran üçtərəfli saziş imzalayıb

29.11.2025 16:26 519
Bakı-Moskva-Tehran üçtərəfli saziş imzalayıb
Azərbayca, Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi ilə bağlı yeni üçtərəfli saziş imzalayıblar.

Ölkə.az “mehr”ə istinadən xəbər verir ki, MDB sammiti çərçivəsində İran, Rusiya və Azərbaycan dəmir yollarının rəhbərləri uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalayıblar.

Nəşrin məlumatına görə, MDB Nəqliyyat Şurasının 83-cü iclası 15 üzv dövlətin rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda keçirilib.

Bu memorandum Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yükdaşımaları üçün sabit qiymətlərin müəyyən edilməsi, rəqabətqabiliyyətli vahid tariflərin müəyyən edilməsi və logistik xidmətlərin genişləndirilməsi kimi sahələri əhatə edir.

"Bu memorandum çərçivəsində üç ölkə sabit və qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlığa sadiqliklərini təsdiqləyib və Şimal-Cənub Dəhlizinin qərb marşrutunu aktiv regional tranzit marşrutuna çevirməyi qarşıya məqsəd qoyublar", -nəşr yazıb.

Son xəbərlər