Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda çökən binanın sakinləri ilə bağı QƏRAR

27.11.2025 14:29 387
Goranboyda çökən binanın sakinləri ilə bağı QƏRAR
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binası tamamilə boşaldılıb.

Bu barədə Oxu.Az-a Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov məlumat verib.

O bildirib ki, hazırda Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli qəzalı vəziyyətdə olan beşmərtəbəli bina sakinlərinin hər biri kirayə mənzillərə köçürülüb:

"Köçürülən sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq. Qəzalı binada aparılan işlər yekunlaşdıqdan sonra qəzalı vəziyyətdə olduğu müəyyən edilən, Cəfər Cabbarlı küçəsi, 6 ünvanında yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasının sakinlərinin də köçürülmə işlərinə başlanacaq. Hazırda bu bina beşmərtəbəli yaşayış binasının vəziyyətində deyil. Ona görə də proses mərhələli şəkildə icra edilir.

Söküləcək binanın yerində bir kompleksin daxilində 76 mənzilli bina inşa ediləcək, sakinlər həmin binada mənzillə təmin olunacaqlar".

Xatırladaq ki, ötən gün Goranboy rayon icra başçısı Məhərrəm Quliyev məlumat vermişdi ki, Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək.скачать dle 11.3
Mojo.az Banner