Mojo.az Banner
14:03 Azərbaycan xaricdə bu qurumlara borcludur  |     13:49 Bərdədə 36 yaşlı qadın yıxılaraq öldü  |     13:47 Çimərliklərə giriş niyə ödənişlidir?  |     13:28 İsraildən iddialı qərar: "F-35" qırıcısını üstələyən aparat istehsal edəcək  |     13:25 "Peşəsinə və istedadına xəyanət edənlərin maskası yırtılacaq" - Əli İsa Cabbarov  |     13:15 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO  |     13:10 İranda 4.5 bal gücündə zəlzələ baş verib  |     13:09 Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı  |     12:44 İyulun son gününün hava PROQNOZU  |     12:19 Azərbaycana hansı ölkənin botoksu gətirilir? – Rəsmi açıqlama  |     11:54 Azərbaycanda ən çox və ən az pensiyaçı olan rayonlar  |     11:48 16 yaşlı qız qida zəhərlənməsindən öldü  |     11:24 Sağlam qidalanma bahalıdır? - AÇIQLAMA  |     11:15 Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan imtina etdi  |     11:09 “Qarabağ” bu gün həlledici oyuna çıxır  |     11:00 TƏBİB-in rəhbəri daha bir baş həkimi işdən çıxardı  |     23:01 Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR  |     22:55 Trampdan İrana açıq təhdid  |     22:50 Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı  |     22:42 Çörək BAHALAŞACAQ?  |    
Left Banner
Right Banner

İlham Əliyev AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib - FOTO

27.11.2025 13:09 1 956
İlham Əliyev AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda "Matanat A" şirkətinin AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Matanat A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan "Matanat A" şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə "Matanat A" Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan AZWOOL mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev "Matanat A" şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış olub. Bildirilib ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlətimizin başçısı zavodu işə salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.





















скачать dle 11.3
Mojo.az Banner