Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Zabrat yolunda xüsusi hərəkət zolağı yaradılıb

26.11.2025 12:34 921
Zabrat yolunda xüsusi hərəkət zolağı yaradılıb
"Paytaxtda sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaq üçün hazırda xüsusi hərəkət zolağının yaradılması şəhər şosesində (Zabrat yolu) həyata keçirilir".

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda - yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud deyildi:

"Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olurdu. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədirdi. Bu səbəbdən, yeni zolağın yaradılması zəruri idi.

Qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağının Heydər Əliyev prospektinə qədər uzadılır. Layihə çərçivəsində, həmçinin səkilər təmir olunub.

Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti təmin olunacaq. Bu, təkcə avtobus sürücülərinin işini yüngülləşdirmir, həm də gün ərzində minlərlə sərnişinin vaxt itkisinin qarşısını alır.

İctimai nəqliyyata üstünlük verən və hər gün işinə, dərsinə, evinə vaxtında çatmağa çalışan vətəndaşların rahat daşınmasına şərait yaradan bu cür xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq, bütün hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq".скачать dle 11.3
Mojo.az Banner