Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kişi "WhatsApp" statusuna görə cərimələndi

22.11.2025 20:29 378
Azərbaycanda kişi
Sabirabadda kişi "WhatsApp"ın hekayə (status) bölməsində etdiyi paylaşım səbəbindən saxlanılıb.

Median.Az lent.az-a istinadla xəbər verir ki, rayonun Qaralar kənd sakini, 39 yaşlı Fərid Mövsümov (ad və soyad şərtidir) "WhatsApp" mobil tətbiqində "125 nömrəli YPX avtomobilinin videosu kimdə varsa, göndərin" məzmunlu status paylaşaraq, həmin avtomobilin görüntülərini axtarıb. Onun paylaşımının səbəbini öyrənmək üçün Fərid rayon Dövlət Yol Polisi Bölməsinə dəvət olunub. Lakin burada o, yol polisi inspektorları ilə mübahisə edib və onların qanuni tələblərinə tabe olmayıb.

Etdiyi hərəkətə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə protokol tərtib edilib.

İnzibati icraat zamanı Fərid Mövsümov bildirib ki, 125 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili onun şəklini çəkib. Ona görə də həmin YPX avtomobilinin görüntülərini tapmaq üçün bu barədə status paylaşdığını, lakin qısa müddət sonra paylaşımı sildiyini qeyd edib:

"Əvvəlcə rayon Polis Şöbəsinə dəvət olundum. Sonra məni DYP-yə göndərdilər. Orada statusumun səbəbini izah edəndə mənə irad bildirildi. Buna görə əsəbiləşdim".

Fərid Mövsümov əməlindən peşman olduğunu, iki azyaşlı övladı olduğunu və ilk dəfədir ki, belə bir xəta törətdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilib.
скачать dle 11.3
Mojo.az Banner