"Supermen" komiksinin ilk nömrəsi 9,1 milyon dollara satılıb
Bu barədə hərracın press-relizində deyilir.
"Şimali Kaliforniyada bir ailənin evinin çardağında tapılan 1939-cu ilə aid "Supermen"in ilk buraxılışının bir nüsxəsi hazırda dünyanın ən bahalı komiks kitabı rekordunu əlində saxlayır", - hərracın təşkilatçıları qeyd ediblər.
Əvvəlki rekord 2024-cü ildə 6 milyon dollara satılan "Action Comics"in ilk sayına məxsus olub.
