Çili ABŞ-yə nota verdi
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, nazirlik bu barədə öz saytında məlumat verib.
Çilinin xarici işlər naziri Alberto van Klaveren diplomatın sözlərini "yersiz və uğursuz" adlandırıb.
"Bundan əlavə, biz hesab edirik ki, onun ölkəmizdəki daxili siyasi proseslərlə bağlı açıqlamaları dövlətimizin daxili işlərinə müdaxilə deməkdir və biz etiraz notası ilə bu mövqeyimizi ona çatdırdıq", - deyə nazir qeyd edib.
Brendon Cadd iki həftədən az müddətdir ki, Çilidədir. Burada keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı mətbuat konfransında şərh verən diplomat bildirib ki, ABŞ çilililərin seçdiyi istənilən hökumətlə əməkdaşlıq edəcək, lakin ideoloji cəhətdən yaxın olan bir hökumətlə işləmək daha asan olacaq.
