Mojo.az Banner
17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda AYNA-nın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR (Video)

21.11.2025 16:54 915
Bakıda AYNA-nın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR (Video)
Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus xüsusi avtomobillərin reydlər keçirdiyi müşahidə olunur.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilir ki, xüsusi avadanlıqlarla təchiz olunan həmin nəqliyyat vasitələri sürücülərin dayanma-durma qaydalarını, avtobus zolaqlarının qanunsuz zəbt edilməsini, eləcə də ümumi yol hərəkəti qaydalarının pozulmasını operativ şəkildə qeydə alır.

Mövzu ilə bağlı AYNA-dan qeyd edilib ki, sözügedən i-Patrul maşınları dövlət avtomobil yollarında təşkil olunmuş parklanma məntəqələrində parklanma qaydalarının pozulması hallarını aşkar edir:

"İ-Patrulların istifadə məqsədi fiziki müdaxiləni minimuma endirmək, çevik formada parklanma yerlərinin monitorinqini aparmaq və bununla parklanmanın nizamlı fəaliyyətini təmin etməkdir. Bu avtomobillərə quraşdırılmış kameralar vasitəsilə avtomatik rejimdə qayda pozuntuları müəyyən edilir, daha sonra isə məlumatlar yoxlanılır. Qayda pozuntusu təsdiqini tapdığı təqdirdə cərimə protokolu tətbiq olunur.

Xatırladaq ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladılmalıdır.

Nəqliyyat vasitələrinin parklanması üçün xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladıldıqdan sonra ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir".скачать dle 11.3
Mojo.az Banner