Paytaxtda yeni pulsuz parklanma yerləri təşkil edilib - ÜNVANLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:10 ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri təxirə salınıb  |     14:53 Bakıda taksilərin sayına limit qoyuldu: NK-dan mühüm QƏRAR  |     14:14 Bakıda şirkətdən 7 min manatlıq oğurluq - İki mühafizəçisi saxlanıldı  |     14:04 Bakıda qadın evdə doğuş edib  |     14:01 Fəvvarələr meydanında qanunsuz fotoqraflıq edən gənc həbs olundu  |     13:58 Hərbi xidmətdən yeni gələn gənci maşınla vuraraq öldürən şəxs məhkəmə zalında həbs edildi  |     12:13 Keçmiş icra başçısı VƏFAT ETDİ  |     12:13 Yevlaxda yetkinlik yaşına çatmayan ana ilə bağlı ARAŞDIRMA BAŞLADI  |     12:12 Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir  |     12:11 Paytaxtın Nizami rayonunda avtomobil yanıb - Video  |     12:10 Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsin cəzası azaldıldı  |     12:09 Azərbaycan nefti ucuzlaşıb  |     12:08 Paytaxtda yeni pulsuz parklanma yerləri təşkil edilib - ÜNVANLAR  |     12:07 Kürdəmirdə 34 yaşlı qadın ürəyindən bıçaqlandı - Əri SAXLANILDI  |     12:06 Cüdoçularımız Limada keçirilmiş Qran-pridə 7 medal qazanıb  |     12:05 "Microsoft" "Windows 10" əməliyyat sisteminə dəstəyi dayandırır  |     12:01 "Vitrində qapqara mazut rəngində olur" - Azərbaycanda Hindistandan gətirilən ətlər satılır? (Video)  |     11:46 Abşeronda evli kişi sevgilisini bıçaqladı: 10 illik münasibətin sonu faciə ilə bitdi  |     11:44 Paytaxtın iki rayonunda və Qəbələdə qaz təchizatı dayandırılacaq  |     11:17 Bu ilin doqquz ayında moped və motosiklet qəzalarında 10 nəfər ölüb  |    

Paytaxtda yeni pulsuz parklanma yerləri təşkil edilib - ÜNVANLAR

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bilirilib ki, Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 14.10.25 12:08