Mojo.az Banner
15:53 Binəqədidə bina YANIR - VİDEO  |     15:43 Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu  |     15:36 ABŞ İrana bu raketlərlə zərbə endirə bilər  |     15:30 Samir Abasov işləmədən "Neftçi"dən maaş alacaq  |     15:16 "Alim Qasımova muğam oxuyanda düzgün oturmağı qəsdən öyrətmədim" - FOTO  |     15:10 Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi  |     15:03 İcra başçılarının kütləvi ixtisarları gündəmdə: Yeni idarəetmə modeli necə olacaq?  |     14:56 "Vətəndaş qəbulu üçün gəlməyə ehtiyac yoxdur, "whatsapp" kanalı yaratmışıq" - Deputat  |     14:49 ABŞ Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib? – Səfirlikdən açıqlama  |     14:42 Şahin Şıxlinskinin cinayət işindən yeni xəbər var  |     14:34 TRIPP dəmir yolu: Tikinti işləri nə zaman başlayacaq?  |     14:29 Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO  |     14:23 Bu ərazilər işıqsız qalacaq  |     14:13 “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya  |     14:04 Bu cür diyetalar zərərlidir - Həkim məsləhəti  |     13:16 Bakının icra hakimiyyətlərində struktur dəyişiklikləri - Yeni sektorlar yaradıldı  |     12:56 Azərbaycanda səkkiz vəkilin fəaliyyətinə xitam verildi - SƏBƏB  |     12:53 Bakıda 25 yaşlı gəncin hamamda MEYİTİ TAPILDI  |     12:52 Azərbaycan nefti cüzi ucuzlaşıb  |     12:40 Bakıda tələbə qız ÖLDÜ  |    
Left Banner
Right Banner

İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

21.11.2025 11:51 678
İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Median.Az
President.az-a istinadən müraciətin mətnini təqdim edir:

"İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.

Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.

Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.

Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri - doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.

Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.

D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm"скачать dle 11.3