Mojo.az Banner
13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |     12:26 Dövlət bağçalarında yerlərin sayı 112 minə çatdırılıb  |     12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |     11:46 Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi  |     11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində keçmiş şirkət rəhbərinə rüşvətə görə ölüm cəzası verildi

19.11.2025 17:34 711
Çində keçmiş şirkət rəhbərinə rüşvətə görə ölüm cəzası verildi
Pekin məhkəməsi "New China Life Insurance" şirkətinin keçmiş rəhbəri Li Kuanı korrupsiya, mənimsəmə və 28 milyon dollar rüşvət almaqda təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Median.Az
"Reuters" agentliyinə istinadən xəbər verir ki, məhkəmə həmçinin ölüm hökmünü iki il müddətinə təxirə salıb.

Xəbərdə bildirilir ki, maliyyə və sığorta sənayesində karyera quran Li Kuan 2024-cü ilin oktyabrında rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

O, 2019-cu ildə "New China Life Insurance" şirkətinin prezidenti, 2022-ci ildə isə direktorlar şurasının sədri təyin edilib.

İş adamı 2023-cü ilin avqustunda gözlənilmədən yaşını əsas gətirərək istefa verib. Həmin vaxt onun 60 yaşı tamam olub.

Tezliklə ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Müstəntiqlər müəyyən ediblər ki, Kuan "milli və dövlət maraqlarına əhəmiyyətli zərər vurmaqla dövlət əmlakını və vəsaitlərini mənimsəyib". O, 2024-cü ilin oktyabrında Çin Kommunist Partiyasından xaric edilib və onun "qanunsuz əldə etdiyi vəsait" müsadirə edilib.

Son bir neçə il ərzində Çində həyata keçirilən antikorrupsiya kampaniyası çərçivəsində onlarla yüksək vəzifəli məmur və şirkət rəhbərlərinə ağır cəzalar verilib.скачать dle 11.3
Mojo.az Banner