Mojo.az Banner
21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18.11.2025 22:10 525
3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı
Alimlər 3,3 milyard ildən qədim qayalarda həyatın mövcudluğunu sübut edən kimyəvi dəlillər aşkarlayıblar ki, bu da Yer üzündə həyatın başlanğıc tarixini daha da qədim dövrə çəkir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" yazıb.

Həmçinin yeni araşdırma oksigen yaradan fotosintezin başlanğıcını təxminən bir milyard il geriyə çəkən molekulyar dəlillər təqdim edib.

Qeyd olunur ki, ABŞ-dakı Karnegi Elm İnstitutunun rəhbərliyi ilə beynəlxalq komanda qabaqcıl kimyəvi analizi süni intellekt texnologiyası ilə birləşdirən yeni yanaşmadan istifadə edib.

Miçiqan Dövlət Universitetinin Yer və ətraf mühit elmləri kafedrasının dosenti Keti Maloni bildirib ki, qədim süxurlar Yer üzündə həyatın tarixini izah edən maraqlı sirrlərlə doludur, lakin həmişə bir neçə vacib "parça” çatmır. Onun sözlərinə görə, kimyəvi analizlə maşın öyrənməsinin birləşməsi indiyə qədər görünməyən qədim bioloji izlərin aşkarlanmasına imkan verib.

Nəşr vurğulayır ki, Yerin ən qədim süxurları ilkin həyat formaları barədə müəyyən ipucları verə bilər. Lakin bu süxurlarda orijinal molekulyar izlərin tapılması çox çətindir, çünki kövrək qalıqlar və biosiqnallar milyard illər ərzində geoloji proseslər nəticəsində əzilib, qızdırılıb və məhv edilib.

Eyni zamanda yeni araşdırma göstərir ki, orijinal biomolekullar yox olsa belə, onların fraqmentləri erkən biosfer haqqında diaqnostik məlumatı saxlamaya davam edə bilər.

"Interesting Engineering" yazır ki, tədqiqat qrupu süni intellekt sistemini maşın öyrənməsi vasitəsilə qədim orqanizmlərin buraxdığı zəif molekulyar "barmaq izlərini” tanımağa öyrədib. Alimlər 400-dən çox nümunəni – müasir bitkiləri, milyardillik fosilləri və meteoritləri – analiz ediblər.

Kimyəvi analiz sayəsində üzvi və qeyri-üzvi materiallar molekulyar fraqmentlərə ayrılıb və süni intellekt həyatın mövcudluğunu göstərən kimyəvi qanunauyğunluqları öyrənib. Modellər bioloji və qeyri-bioloji materialları 90 faizdən çox dəqiqliklə ayıra bilib.

Yeni üsul sayəsində alimlər 3,3 milyard ildən qədim qayalarda həyat izləri, həmçinin ən azı 2,5 milyard illik qayalarda oksigen istehsal edən fotosintezin əlamətlərini aşkarlayıblar.

Karnegi İnstitutunun baş elmi əməkdaşı və məqalənin həmmüəllifi doktor Robert Heyzen qeyd edib ki, qədim həyat yalnız fosillər deyil, kimyəvi "əks-sədalar” da buraxır və maşın öyrənməsi bu əks-sədaları ilk dəfə etibarlı şəkildə şərh etməyə imkan verir.

Tədqiqatçılar bildirirlər ki, süni intellektə əsaslanan kimyəvi analiz üsulu yalnız Yer üçün nəzərdə tutulmur.

Keti Maloninin sözlərinə görə, bu innovativ texnika qədim dövrlərin fosil yazılarını yeni şəkildə oxumağa imkan verir və digər planetlərdə həyat axtarışında da faydalı ola bilər.скачать dle 11.3
Mojo.az Banner