Mojo.az — elanlar
Son Xəbərlər
21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir toyuğa görə qadına kəllə atdı, 1100 manat cərimə ödədi

18.11.2025 14:55 525
Bir toyuğa görə qadına kəllə atdı, 1100 manat cərimə ödədi
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda toyuğun öldürülməsi səbəbindən qonşular arasında mübahisə yaranıb.

Hadisə rayonun Kolanı kəndi ərazisində baş verib.

Belə ki, Sədat (adlar şərtidir) izahatında bildirib ki, evdə olan zaman toyuğunun səsini eşidərək həyətə düşüb. Bu zaman qonşuluqda yaşayan Səroş toyuğu ağacla vurub onun həyətinə atıb. Sədat bundan sonra qonşu həyətə keçərək Səroşa irad bildirib. Bu zaman aralarında mübahisə yaşanıb. Mübahisə zamanı Səroş yerdəki yaba ilə, qızı Aytən isə ağacla Sədatın başına zərbə endiriblər. Bu zaman Sədat Aytəni qolundan tutaraq itələyib, sonra isə başı ilə zərbə vurub.

Sədat izahatında bildirib ki, zərərçəkmişin ailəsi ilə barışmağa cəhd göstərib, lakin onlar barışmağa razı olmayıblar.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 100 manat məbləğində cərimə edilib.
//oxu.az

Son xəbərlər