Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Zərərçəkmiş qadın: "Prius"un sürücüsü əvvəl mənə söz atdı, sonra döydü"

25.09.2024 13:01 1 248
Zərərçəkmiş qadın:
Yasamal Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəfər Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cəfər Cəfərova 2000 manat məbləğində cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə 2024-cü il aprelin 4-də, saat 14 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Cəfər Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən həmin yolla piyada hərəkətdə olan zərərçəkmiş Günay Ramazanovaya (şərti) maşın yolundan kənara çəkilməsi ilə bağlı irad bildirib. Bu zaman onlar mübahisə ediblər. Nəticədə Cəfər qadının sol təpə nahiyəsinə iki dəfə, üst dodağına isə bir dəfə yumruq zərbəsi endirərək ona xəsarət yetirib.

Hadisədən sonra Cəfər Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iclasında o, irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, maşını ilə hərəkətdə olan zaman iki nəfər qadının əks istiqamətdə yolun avtomobillərə aid olan hissəsi ilə hərəkət etməsini görüb. Bu zaman o, avtomobilin pəncərəsindən həmin şəxslərə yoldan kənara çıxmalarını bildirib. Onun bu sözündən sonra ortayaşlı qadın yolun sağ tərəfinə keçib, digər şəxs isə avtomobilin sol tərəfində dayanıb. Həmin vaxt o, idarə etdiyi avtomobili dayandırmaq istəyib, lakin maşında olan nasazlıq səbəbindən dayandıra bilməyib. Bu zaman avtomobilin sol tərəfindən dayanan qadın əlindəki dondurmanı pəncərədən onun sifət nahiyəsinə tərəf tullayıb, dondurma onun gözünə dəyib. Cəfər qeyd edib ki, avtomobili saxlayıb və aşağı düşmək istəyəndə sifətinə dondurma tullayan qadın şillə ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurub və ona - "sən kimsən mənə söz atırsan", - deyib. O, əsəbiləşdiyi üçün həmin qadının sinəsindən itələyərək yerə yıxıb.

Məhkəmə iclasında zərərçəkmiş Günay Ramazanova ifadəsində söyləyib ki, Cəfər maşını ilə gedərkən "nazlana-nazlana yerimə" ifadəsini işlədib. Sürücü ona söz atdığına görə əlində olan dondurmanı onun sifət nahiyəsinə tərəf tullayıb. Bundan sonra həmin şəxs avtomobildən aşağı düşərək onun üstünə gəlib, qəfildən yumruqla onun sinə nahiyəsinə vurub. Bundan sonra onların arasında dava başlayıb. Bu zaman onun anası onları ayırmaq istəyərkən Cəfər onun yaxasından yapışaraq bir neçə dəfə zərərçəkmişin sifət nahiyəsindən vurub. Bundan əlavə həmin şəxs uca səslə dəfələrlə onu küçə söyüşləri ilə təhqir edib.

Son xəbərlər