Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Euronews": Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır

17.11.2025 12:17 831
"Euronews" telekanalı Daşkənddə (Özbəkistan) keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü haqqında material hazırlayıb.

Median.Az
"Report"a istinadla xəbər verir ki, reportajda Azərbaycanın bu formata qoşulması qərarına xüsusi diqqət yetirilib.

"Məşvərət görüşü əlamətdar nəticə ilə başa çatdı: liderlər yekdilliklə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulmasını təsdiqlədi", - materialda qeyd olunur.

Telekanal vurğulayıb ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri bu qərarı tarixi adlandırıblar. Dövlət başçıları qeyd ediblər ki, bu qərar Cənubi Qafqazı rəsmi olaraq Mərkəzi Asiya əməkdaşlığı çərçivəsinə daxil edir və Xəzərdən dünya bazarlarına qədər daha geniş qarşılıqlı əlaqələr məkanı üçün əsas formalaşdırır.

"Azərbaycanın iştirakı formata yeni impuls verəcək, iki strateji əhəmiyyətli region arasında ticarəti, investisiyaları, mədəni əlaqələri və razılaşdırılmış inkişafı genişləndirəcək", - reportajda deyilir.

Reportajda xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevə yönəldilib. "Euronews" qeyd edib ki, İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin aktiv siyasi dialoq və iqtisadi, mədəni və humanitar əməkdaşlığın artması ilə möhkəmlənən strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb:

"İlham Əliyev Azərbaycanın regional əməkdaşlığın təmin edilməsində artan rolunu vurğulayaraq, iri infrastruktur layihələri, orta dəhliz boyunca tranzit daşımalarının sürətli artımı, həmçinin yeni təşəbbüsləri - Rəqəmsal İpək Yolu və Xəzər enerji layihələrini qeyd edib".

Reportajda həmçinin Azərbaycan liderinin Mərkəzi Asiya ölkələrinə Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında dəstəyə görə təşəkkürü də qeyd olunub.

"İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya formatına tam hüquqlu iştirakçı kimi qoşulmasını alqışlayıb və bunu əməkdaşlığı və həmrəyliyi daha da möhkəmləndirəcək tarixi addım adlandırıb", - reportajda vurğulanır.

Daşkənddəki sammit regional əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra əsas sənədlərin imzalanması ilə başa çatıb.

Telekanal xatırladıb ki, dövlət başçıları ümumi prioritetləri müəyyən edən birgə bəyanat qəbul ediblər, Azərbaycanın məşvərət formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını təsdiqləyiblər, həmçinin Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləyiblər.

Son xəbərlər