Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmiş

17.11.2025 11:24 645
DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmiş
Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölüm səbəbinin koronavirus olduğu ekspertiza rəyi ilə müəyyən edilib. Onun xidmətdə olarkən vəfatı ilə bağlı başlanmış cinayət işində yeni detallar üzə çıxıb.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə üzrə aparılan istintaq nəticəsində 1995-ci il təvəllüdlü Pərviz Məmmədzadənin komandiri, baş leytenant cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq materiallarında qeyd olunur ki, baş çavuş bir neçə gün ərzində hərbi hissədə qızdırma, öskürək və digər respirator simptomlardan əziyyət çəkib. Lakin komandir onun xəstəliyini kifayət qədər ciddi qiymətləndirməyib və tibb məntəqəsinə göndərilməsini təmin etməyib. Əksinə, yalnız qaynar su ilə qəbul edilən toz dərman vasitəsi verilməklə xidmətdə qalması tapşırılıb.

Xəstəlik isə inkişaf edərək kəskin tənəffüs çatışmazlığına səbəb olub və Pərviz Məmmədzadə dünyasını dəyişib.

Gəncə Hərbi Məhkəməsi ilkin mərhələdə komandir barəsində bəraət hökmü çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, baş leytenantın ölümə səbəb ola biləcək səviyyədə xəstəliyi bilməsi sübut edilməyib.

Lakin dövlət ittihamçısı qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Prokuror məhkəməyə təqdim edib ki, komandir baş çavuşun xəstə olduğunu bilib və ona dərman verməsi də bunu təsdiqləyir. Eyni zamanda, hadisə üzrə digər hərbçilər də Pərviz Məmmədzadənin səhhətində problemlər olduğunu ifadələrində qeyd ediblər.

Gəncə Apellyasiya Məhkəməsi ittiham tərəfinin arqumentlərini əsaslı hesab edərək komandiri Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Cinayət işində mərhum baş çavuşun atası Baba Məmmədzadənin ifadəsi də yer alıb. O, komandirdən şikayətçi olmadığını, lakin oğlunun başqa şəxslər tərəfindən öldürüldüyünü iddia edib.

Ata, həmçinin qeyd edib ki, oğlu ölümündən bir neçə gün əvvəl zəng edərək hospitala yerləşdiriləcəyini deyib:

"Bizə xəstələndiyini demədi. Yıxıldığını, qolunun qırıldığını və buna görə hospitala gedəcəyini söylədi. Səsində burun tutulması hiss edirdim. Amma xəstə olmadığını dedi. Bizi narahat etmək istəməyib. Sonradan öyrəndik ki, qolu da qırılmayıbmış".скачать dle 11.3
Mojo.az Banner