Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Fransa Pavel Durovun ölkədən çıxma qadağasını aradan qaldırdı

13.11.2025 18:41 429
Fransa Pavel Durovun ölkədən çıxma qadağasını aradan qaldırdı
Fransa hökuməti "Telegram" mesencerinin təsisiçisi Pavel Durovun hərəkət məhdudiyyətlərini tamamilə ləğv edib.

Bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.

Bu qərardan sonra P.Durov sərbəst şəkildə Fransa ərazisini tərk edə bilər. O, daha yerli polis məntəqəsində mütəmadi olaraq qeydiyyatdan keçmək məcburiyyətində deyil.

Qeyd edək ki, Pavel Durov keçən ilin avqustunda Paris hava limanında saxlanılıb. O, "Telegram"da dərc olunan kontentin yetərincə moderasiya edilməməsi və Fransanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etməsi ilə əlaqədar saxlanılmışdı.

Son xəbərlər