Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

30.08.2024 17:42 1 551
Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?
"Telegram" mesencerinin təsisçisi Pavel Durovun Parisdə saxlanılmasından sonra Birləşmiş Ərəb Əmirliklərinin guya Fransaya məxsus 80 ədəd "Rafale" qırıcı təyyarəsini almaqdan imtina etməsi ilə bağlı yayılan xəbər rəsmi Paris tərəfindən təkzib olunub.

BFMTV kanalı məlumatı Fransa Silahlı Qüvvələrindəki mənbəyə istinadən dərc edib.

Qeyd olunur ki, Fransa hərbi departamentinin nümayəndələri iddia edirlər ki, KİV-də yayılan məlumatlar dezinformasiyadan başqa bir şey deyil.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. Avqustun 28-də dünyanın aparıcı informasiya agentliklərində dərc olunan xəbərdə qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri Pavel Durovun həbsinə etiraz olaraq Fransa ilə aralarında olan 80 ədəd "Rafale" qırıcısının alınması ilə bağlı 17 milyard dollarlıq müqaviləni dondurub. Bundan bir gün sonra Pavel Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Son xəbərlər