Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib

07.12.2024 15:35 1 533
Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
"Telegram" mesencerinin təsisçisi Pavel Durov Fransada ilk dəfə məhkəmədə ifadə verib.

Bu barədə mənbəyə istinadən AFP agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsinin araşdırılması ilə bağlı hakim tərəfindən dindirilib. O, Fransa ədalətinə güvəndiyini bildirib, lakin ona qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməkdən çəkinib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb.

Son xəbərlər