Mojo.az Banner
18:49 9 ildir axtarılan Xəyalənin qalıqlarının tapıldığı yerdən FOTOLAR  |     18:41 Fransa Pavel Durovun ölkədən çıxma qadağasını aradan qaldırdı  |     18:29 Türkiyədə mərc oyunları qalmaqalı - 102 futbolçu...  |     18:21 Paşinyandan boşanma qadağası: "Partiyanın limiti dolub"  |     18:16 Sabirabadda çoban fermeri döydü  |     17:55 Həbsdəki hakimə güzəşt edildi - Şikayəti özü yazmışdı  |     17:49 Bakıda eston qızın çantası oğurlandı - "Yellov bag" dedi, oğru tutuldu  |     17:42 Toyuq fermasında fəhlə "iPhone" oğurladı, həbs edildi  |     17:36 Ekspert: "İbtidai pillədəki boşluqlar şagirdin bütün təhsil yoluna mənfi təsir göstərir"  |     17:18 Şəhid türk əsgərlərinin nəşləri Türkiyəyə nə vaxt aparılacaq?  |     17:08 Hərbi prokurorluqda yeni təyinat olub  |     16:50 Ronaldo 1000-ci qolu vurmasından danışdı  |     15:55 Ana körpəsindən İMTİNA etdi, dayə Bakıdakı sığınacağa gətirdi - Video  |     15:52 Təhminə Tağı-zadə: "Bu il Azərbaycanda 13 idmançı dopinqə görə cəzalanıb"  |     15:51 Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan Səricanovun oğluna hökm oxundu  |     15:44 Kürdəmirin yeni icra başçısı kollektivə təqdim olunub  |     15:19 "Boeing" təyyarə qəzasında həlak olan şəxsə görə 28 milyon dollardan çox təzminat ödəyəcək  |     15:17 Atası ilə arvadının münasibətindən şübhələndi, hər ikisini öldürmək istədi - Bakıdakı cinayətin TƏFƏRRÜATI  |     15:07 Bakıda yanğında ölən şəxs Vətən müharibəsi iştirakçısı imiş - FOTO  |     15:05 AMEA-nın vəzifəli şəxsi vəfat etdi  |    
Left Banner
Right Banner

Ekspert: "İbtidai pillədəki boşluqlar şagirdin bütün təhsil yoluna mənfi təsir göstərir"

13.11.2025 17:36 78
Ekspert:
"İbtidai təhsildən sonra şagirdlərin təxminən 40–50 %-nin təhsilini davam etdirməkdə çətinlik çəkməsi, başlanğıc siniflərdə yığılan struktur problemlərin uzun illər ərzində həll edilmədən qalmasının nəticəsidir. Bu rəqəm təsadüfi deyil".

Bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov, elm və təhsil naziri Emin Əmrullayevin "təxminən 40–50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir” fikrinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, nazirin bu etirafı həm ölkə daxilində aparılan monitorinqlərin, həm beynəlxalq qiymətləndirmələrin, həm də məktəblər üzrə nəticə fərqlərinin göstərdiyi mənzərə ilə tam uzlaşır:

"Əldə etdiyim nəticələrə görə, IV sinif monitorinqlərində oxu-anlama üzrə nəticələr məktəblər arasında 3 dəfədən artıq fərqlənir. "Ümumi Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində ibtidai təhsilin əsas vəzifəsi kimi göstərilən "şagirdin davamlı öyrənmə bacarıqlarının formalaşdırılması” geniş miqyasda təmin olunmur. Bu isə o deməkdir ki, qanunun nəzərdə tutduğu baza standartı ilə real nəticələr arasında ciddi boşluq var. Nazirliyin bu problemi açıq şəkildə etiraf etməsi sistemin düzgün istiqamətə yönəldiyini göstərir. Statistik analizlər də təsdiqləyir ki, zəif ibtidai baza şagirdin təhsil yolunun bütün mərhələlərində geriləmələrə səbəb olur. Buraxılış və qəbul imtahanlarının, eləcə də monitorinq nəticələrinin təhlili göstərir ki, ibtidai səviyyədə oxu bacarıqları zəif olan şagirdlərin 71 faizi V–VI sinifdə riyaziyyat üzrə minimum standartlara belə çata bilmir”.



Ekspert əlavə edib ki, Nazirliyin səsləndirdiyi 40–50 faizlik göstərici həm də sosial-iqtisadi fərqlərin təhsildəki təsirini açıq şəkildə üzə çıxarır:

"Bakı şəhərinin mərkəzi məktəblərində ibtidai nəticələr 65–75 faiz səviyyəsində qənaətbəxş olduğu halda, bəzi rayon məktəblərində bu göstərici 35–40 faizi keçmir. Bu uçurumun səbəbləri qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərin praktikada eyni səviyyədə icra olunmaması ilə bağlıdır. "Təhsil haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, dövlət təhsildə bərabər imkanları təmin etməlidir. Amma siniflərin say həddinin çox olduğu, kitabxanası, resurs otağı və psixoloji xidməti olmayan ibtidai məktəblərdə bu bərabərlik reallıqda tam təmin olunmur. Müsbət məqam isə ondadır ki, Elm və Təhsil Nazirliyi problemi gizlətmir, əksinə, açıq şəkildə ibtidai təhsilin sistemin mərkəzində dayandığını qəbul edir. Bu, köklü islahatlar üçün ən vacib ilkin şərtdir".

Kamran Əsədov hesab edir ki, ibtidai təhsilə prioritet yanaşma nəticə etibarilə orta və tam orta təhsildə də keyfiyyət artımına gətirib çıxaracaq:

"Çünki ibtidai pillədə şagirdin oxu, məntiq və idarəetmə bacarıqları formalaşdıqda, sonrakı mərhələlərdə kurikulum yüklənməsi azalır, məktəb fərdi təhsilə daha çox vaxt ayıra bilir. Müəllim şagirdin lisey və kollec seçiminə daha effektiv istiqamət verə bilir. Bu mexanizm işlədikcə, qanunvericilikdə nəzərdə tutulan keyfiyyət tələbləri real nəticələrlə üst-üstə düşəcək. Əsas dəyişiklik odur ki, sistemin resursları pərakəndə və görüntülü layihələrə deyil, təhsilin təməli olan ibtidai mərhələyə yönələcək. Amma problem ondadır ki, mövcud müəllim kadrı bu tələblərə birdən-birə uyğunlaşa bilmir, sinifdə fərdiləşdirilmiş tədris bacarıqları hələ tam yayılmayıb, valideynlərin dəstəyi isə regiondan-regiona kəskin fərqlənir. Buna baxmayaraq, Nazirliyin şəffaf mövqeyi, problemi statistik faktlarla göstərməsi və sosial-iqtisadi kontekstdə bərabərlik prinsipini gücləndirməsi təhsildə islahat mədəniyyətini formalaşdırır – bu isə ən mühüm addımdır".

Ekspertin fikrincə, dəyişməsi vacib olan sahələr ibtidai müəllim hazırlığının kəmiyyət yox, keyfiyyət əsasında qurulması, məktəblər arasında resurs fərqlərinin azaldılması, ibtidai psixoloji xidmətin gücləndirilməsi və valideyn–məktəb əməkdaşlığının rəqəmsal alətlərlə sistemləşdirilməsidir.

Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ibtidai təhsili düzəltmədən orta və ali təhsildə keyfiyyətə nail olmaq mümkün deyil: "Təxminən 40–50 faiz uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. Düz yol budur".скачать dle 11.3