Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Məşhur "Jumanji" filminin yeni bölümü çəkilir

13.11.2025 13:13 585
Məşhur
Los-Ancelesdə (ABŞ) "Jumanji 3" filminin çəkilişləri başlayıb.

Bu barədə filmin baş rol ifaçısı Dveyn Conson sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, ekran əsərinin premyerası 11 dekabr 2026-cı ilə planlaşdırılıb.

"Bütün heyətin yenidən bir araya gəlməsi heyrətamizdir. Gülməkdən çənələrimiz ağrıyır. Hamımız bu sevinc və əyləncəyə nə qədər darıxdığımızdan danışdıq. Gəlin, yaxşı bir film çəkək", - Conson qeyd edib.

Filmin süjeti hələlik açıqlanmayıb.

Xatırladaq ki, Robin Uilyamsın baş rolda oynadığı orijinal "Jumanji" filmi 1995-ci ildə nümayiş olunub və böyük uğur qazanıb. İkinci hissə isə 2017-ci ildə ekranlara çıxıb.

Son xəbərlər