Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Saakaşvili 3 il sonra həbsxanaya qaytarıldı

12.11.2025 22:40 768
Saakaşvili 3 il sonra həbsxanaya qaytarıldı
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə müalicə olunduğu "Vivamed” klinikasından həbsxanaya qaytarılıb.

Bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata əsasən, Saakaşvilinin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onun stasionar müalicəyə ehtiyacı artıq yoxdur. Bu səbəbdən eks-prezident xəstəxanadan buraxılıb və 12 saylı penitensiar müəssisəyə qaytarılıb.

Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra həbs olunub. O, 2022-ci ilin mayından "Vivamed” klinikasında müalicə alırdı.

Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illərdə iki müddətə Gürcüstan prezidenti vəzifəsini tutub. 2013-cü il parlament seçkilərində məğlubiyyətdən sonra ölkəni tərk edib.

Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana qayıdıb və oktyabrın 1-də həbs olunub. Həbsxanada olduğu müddətdə bir neçə dəfə aclıq elan edib. Səhhəti pisləşdiyi üçün öncə həbsxananın klinikasına, daha sonra 2022-ci ilin mayında isə "Vivamed” özəl klinikasına yerləşdirilib.

Saakaşvili hakimiyyətdən sui-istifadədə, büdcə vəsaitlərinin israfçılığında, etiraz aksiyasının zorakılıq yolu ilə dağıdılmasında və siyasi opponentlərinin təqibində ittiham olunur.

Sabiq dövlət başçısı barəsində bir neçə cinayət işi açılıb. O, 2015-ci ildə Gürcüstan vətəndaşlığından məhrum edilib.

Eks-prezident dövlət sərhədini qanunsuz keçməyə görə 4 il 6 ay, büdcə vəsaitlərinin israf olunmasına görə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla bağlı digər cinayət işləri üzrə məhkəmə prosesləri davam etdirilir.

Son xəbərlər