Mojo.az — elanlar
Son Xəbərlər
11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |    
Mojo.az Avto
Mojo.az Avto

Depressiyanın dərmansız müalicəsinin gözlənilməz vasitəsi açıqlanıb

12.11.2025 13:54 765
Depressiyanın dərmansız müalicəsinin gözlənilməz vasitəsi açıqlanıb
Quşların cəh-cəhini dinləmək depressiyadan azad olmağa nəfəsalma təmrinləri qədər kömək edə bilər. Aparılan tədqiqatlar göstərib ki, quş səsləri depressiyada olan insanların fiziologiyasına müsbət təsir göstərir və sinir sisteminin bərpasına dəstək ola bilir.

Bu nəticəyə Çinin Çjetszyan Universitetinin tədqiqatçıları gəliblər.

Qeyd olunub ki, alimlər əvvəlcə təbiət səslərinin insanların emosiyalarına və fiziologiyasına təsirini araşdırıblar. Daha əvvəl diqqət əsasən vizual təsvirlərə, məsələn, yaşıl landşaftlara və suya yönəlmişdisə, indi tədqiqat quş səslərini nəzərə alıb.

Alimlərin fikrincə, quş səsləri insanın sinir sisteminə ən yaxşı təsir göstərən təbiət səslərindəndir və stresi dəniz və ya meşə səsləri ilə müqayisədə daha effektiv azaldır. Həm də quş nəğməsini parklardan şəhər mərkəzlərindəki məhəllələrə qədər hər yerdə eşitmək mümkündür.

Tədqiqatda 187 tələbə iştirak edib. İlk olaraq hamının depressiya əlamətlərinin səviyyəsi qiymətləndirilib, sonra iştirakçılar depressiya əlamətləri olan və olmayan dörd qrupa bölünüblər. Qrupların hər birində quş səsləri ilə audiosessiya və ya meditasiya seansları keçirilib.

Təcrübə zamanı iştirakçıların elektrokardioqrafiyası və ürək döyüntülərinin tezliyi qeydə alınıb, həmçinin onlardan emosional vəziyyətlərini təsvir etmələri xahiş olunub.

Təcrübənin yekununda əksər iştirakçıların əhvali-ruhiyyəsi yüksəlib, həyəcan səviyyəsi azalıb, emosiyalar üzərində nəzarət hissi bərpa olunub.

Son xəbərlər