Mojo.az Banner
23:01 SEPAH "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdi  |     22:55 Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)  |     22:46 “Vəkiləm” deyib aldatdı – polis saxladı  |     22:39 Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi  |     22:31 Salyanda yaşayış evi yandı  |     22:26 Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı - FOTO  |     22:20 Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır  |     22:13 ABŞ-da itkin düşən qız 32 il sonra sağ tapıldı  |     22:08 Azərbaycanın "Avroviziya"da çıxış nömrəsi açıqlandı  |     21:59 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:53 İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib  |     21:48 Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK  |     21:40 Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirrlik açıqladı  |     21:34 ABŞ-nin Baş prokuroru istefa verdi  |     21:26 Fransalı deputat terrorçuluğa bəraət qazandırma ittihamı ilə saxlanılıb  |     21:21 Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO  |     21:13 Füzuli Şeydayev qəfil VƏFAT ETDİ  |     21:00 Kənddə evin həyətində qadın meyiti tapıldı  |     20:53 Hərbi-Həkim komissiyasının sabiq rəisinin MƏHKƏMƏSİ BAŞLAYIR  |     20:49 Qoz, yoxsa badam: Hansı beyin üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

Yüzlərlə insanın ölümünə səbəb olan hərbi təyyarə: "C-130" qəzalarının STATİSTİKASI

12.11.2025 12:41 564
Yüzlərlə insanın ölümünə səbəb olan hərbi təyyarə:
Ötən gün Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. İlkin ehtimala görə, hava gəmisinin bütün üzvləri həlak olub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Gürcüstanda baş verən hadisə bu tip təyyarələrlə bağlı qeydə alınan ilk qəza deyil.

Məsələn, 2012-ci il iyulun 1-də ABŞ Hərbi Hava Qüvvələrinin 156-cı Hava Yükləmə Eskadronuna təyin edilmiş "C-130H2" təyyarəsi meşə yanğınlarının söndürülməsi missiyasını yerinə yetirərkən Cənubi Dakotanın cənub-qərbində qəzaya uğrayıb. Ekipaj altı nəfərdən ibarət olub, iki nəfər sağ qalıb.

11 fevral 2014-cü ildə Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus "C-130H-30" təyyarəsi Konstantin hava limanından təxminən 30 kilometr cənubda, Um Əl-Buaqi əyalətinin Ayn-Kerşa şəhəri yaxınlığında dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarədə dörd ekipaj üzvü və 72 sərnişin olub, bir nəfər sağ qalıb.

Növbəti hadisə 28 mart 2018-ci ildə Hindistanda olub. Hava gəmisinin göyərtəsində olan 5 nəfərin hamısı vəfat edib. Altı ay sonra eyni təyyarənin Misirdə qəzaya uğraması 6 nəfəri öldürüb.

30 iyun 2015-ci ildə İndoneziya Hərbi Hava Qüvvələrinin 32-ci eskadronuna təyin edilmiş "C-130B" təyyarəsi Suvondo aviabazasından qalxdıqdan qısa müddət sonra Medan yaşayış məntəqəsinə düşüb. Təyyarədə olan 110 sərnişin və 12 ekipaj üzvünün hamısı həlak olub.

Cəmi dörd ay sonra ABŞ Hərbi Hava Qüvvələrinin 744-cü Ekspedisiya Hava Yükləmə Eskadrilyasına təyin edilmiş "C-130J-30" hava gəmisi Əfqanıstanın şərqindəki Cəlalabad hava limanında havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədə olan 11 nəfərin hamısı və qəza yerində olan üç nəfər həlak olub.

Bundan başqa, 11 iyul 2016-cı ildə Portuqaliyakı qəzada üç, 18 dekabr 2016-cı ildə İndoneziyakı qəzada 13, 10 iyul 2017-ci il tarixində ABŞ-dəki qəzada 16, 2018-ci il 29 apreldə Liviyadakı qəzada 3 nəfər ölüb.

Lakin 4 iyul 2021-ci ildə, saat 11:30-da Filippin Hərbi Hava Qüvvələrinə məxsus "C-130H" təyyarəsi ölkənin cənub-qərbində qəzaya uğrayıb. Təyyarədə olan 85 nəfərdən 40-ı xilas edilib. Tələfat baxımından ən böyük tək təyyarə qəzası 26 sentyabr 1992-ci ildə Nigeriyanın Laqos yaxınlığında baş vermiş "C-130" qəzası olub. Nəticədə ən azı 158 nəfər ölüb.

Bundan başqa bir çox dövlətlərdə bu tip təyyarələr qəzaya düşüb. Hadisələrdə ölənlər olmasa da, ölkənin büdcəsinə ciddi ziyan dəyib. Bütövlükdə son hesablamalara görə, 327 hərbi modifikasiya edilmiş "C-130" təyyarəsi qəzaya uğrayıb ki, nəticədə 3 466 nəfər ölüb.

Qeyd edək ki, "Lockheed Martin" tərəfindən istehsal olunan "C-130 Hercules" seriyası artıq yarım əsrdən çoxdur ki, dünyanın müxtəlif ölkələrinə satılıb. İlk uçuşunu 1954-cü ildə edən bu model, zamanla müasir tələblərə uyğunlaşdırılaraq "C-130J Super Hercules" variantı ilə yenilənib. Lakin qəzaların sayı onların mükəmməl olmamasından xəbər verir.

Təyyarə hal-hazırda 70-dən çox ölkənin silahlı qüvvələrində xidmət göstərir. "C-130", əsasən hərbi yük və şəxsi heyətin daşınması, hava desantı əməliyyatları, tibbi təxliyə, yanğınsöndürmə, humanitar yardım çatdırılması, eləcə də xüsusi əməliyyatlar üçün nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner