Mojo.az Banner
16:25 Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb  |     15:31 Ölkəyə gətirilən bir ədəddən artıq mobil telefonların qeydiyyatı üçün rüsum alınacaq  |     15:29 Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib  |     15:28 FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq  |     15:03 Təranə qətlə yetirilibmiş - 13 il sonra üstü açıldı  |     13:51 20 manata görə sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU  |     13:49 Tanışını onun bacısının gözləri qarşısında öldürən şəxsin cəzası azaldıldı  |     13:08 Avtomobil qaz xəttinə çırpıldı, bir kənd qazsız qaldı  |     13:02 Xankəndidə tapdığı silah-sursatı evinə gətirən şəxs həbs edildi  |     12:53 Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?  |     12:49 Yeni ödəniş üsulu Bakıda bütün avtobus marşrutlarında aktivləşdirilib - DETALLAR  |     12:48 Qırğızıstanın keçmiş prezidenti bütün dövlət mükafatlarından məhrum edildi  |     12:33 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     12:33 Çatbotlardan müntəzəm istifadə psixoza səbəb olur - XƏBƏRDARLIQ  |     12:25 Soyuqdəymə və qripdən qısa zamanda sağalmağın üsulu  |     12:10 Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - Video  |     12:08 Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq (Video)  |     12:03 Yevlaxda təcili yardım avtomobili piyadanı vurub öldürdü  |     11:51 Şuşada vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar (Video)  |     11:47 Səhiyyə Nazirliyi nəzdində yeni mərkəz yaradılıb  |    
Left Banner
Right Banner

Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri

11.11.2025 21:59 387
Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri
"Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə həsr edilən Zəfər paradında Silahlı Qüvvələrimizin arsenalına qəbul edilən bir çox yeni texnika, silah, vasitə və avadanlıqlar ilk dəfə ictimaiyyətə nümayiş etdirildi".

Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bunlardan biri də "Rafael Advanced Defense Systems" şirkəti tərəfindən hazırlanan "Ice Breaker" qanadlı raketi idi:

"300 kilometrə qədər mənzilə malik bu raket ilk dəfə 18-22 iyul 2022-ci il tarixlərində "Farnborough Airshow" sərgisində təqdim edilib. "Ice Breaker" raketi 2021-ci ildə eyni şirkət tərəfindən təqdim edilən "Sea Breaker" gəmi əleyhinə raket ailəsinin bir üzvüdür. Bu raketin hazırlanması proqramı uzaqmənzilli, çoxməqsədli raketin əldə olunmasını nəzərdə tuturdu. "Ice Breaker" çoxməqsədli raketdir, hava, quru və dəniz hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanıb. "Ice Breaker" raketi axtarış, hədəf tanıma və operatordan asılı olmadan hədəfin seçilməsi və məhv edilməsi üçün süni intellekt alqoritmlərindən istifadə etməyə imkan verən bort kompüteri ilə təchiz olunub. Bu isə onu 5-ci nəsil raket olduğunu göstərir.

"Rafael Advanced Defense Systems" raketin gövdəsini gizli (stels) texnologiyadan istifadə edərək hazırlayıb. Bu isə onun radarlara görünməsini maksimum çətinləşdirir. Raket rəqəmsal idarəetmə sistemi ilə 3,73 kN dartma gücü istehsal edən "Safran Microturbo TRI 60" turbo mühərriki ilə təchiz olunub. Süni intellekt sayəsində raketin idarəetmə və analiz sistemləri avtomatik rejimdə fəailiyyət göstərir. Yeni nəsilə aid olan raketin istənilən hava şəraitində, GPS sisteminin mövcud olmadığı və mürəkkəb radielektron müdaxilə şəraitində fəaliyyət göstərə bilir. Qatlanan karbon lifli qanadlara malik raket olduqca kompakt ölçülərə malikdir. Onun diametri 300 mm, uzunluğu isə 3980 mm-dir. Raket 300 km-ə qədər məsafədəki hədəflərə qarşı effektiv nəticələr göstərir. 300 km məsafəyə uçuş 20 dəqiqədən çox çəkmir, ən uzaq məsafələrdə belə raket komanda və idarəetmə mərkəzi ilə təhlükəsiz ikitərəfli əlaqə qurmaq qabiliyyətinə malikdir. İdarəetmə Mərkəzi raketin uçuşuna tənzimləmələr edə bilir, yəni, raket buraxılandan sonra belə onun hədəfini dəyişə və ya dayandıra bilir, uçuş zamanı vəziyyəti yenidən qiymətləndirə və raketə yeni hədəf təyin edə bilir".

Ekspert bildirib ki, universal "Ice Breaker" raketləri həm kiçik gəmilərdə, həm pilotlu və pilotsuz aviasiya vasitələrində, həm də personal daşıyıcılarında və pikap tipli avtomobillərdə yerləşdirilə bilər:

"Bundan əlavə raketin təhlükəsiz rabitə sistemi sayəsində həm raket və sahil batareyası arasında, həm də digər batareyalar və gəmilərlə real vaxt rejimində rabitə təmin edilir. Qabaqcıl Missiya Planlaşdırması və Nəzarət (AMP) sistemi qurudan və dənizdən eyni vaxtda həyata keçirilən hücumların koordinasiyasını da təmin edir. "Ice Breaker" raketinin son dərəcə aşağı hündürlüklərdə (2-5 metr) uçması, gizli texnologiyaya malik olması və avtonom rejimində işləməsi onu analoqlarından fərqləndirir. Beşinci nəsil raketin müxtəlif təyyarə və helikopterlərdən, o cümlədən "Gripen", FA-50, M-346, Jf-17 və F-16 təyyarələrindən buraxılması mümkündür. "Gripen" və JF-17 qırıcısı asqılarında 6 ədəd, F-16 isə 7 ədəd "Ice Breaker" raketi daşıya bilər. Digər bir neçə əsas parametr isə yeni raketin hücumları üçün GPS peyk sistemindən asılı olmamasıdır. Bu, digər "Rafael" sistemləri ilə tam uyğun olan zərbə silahıdır. Məsələn, daşıyıcı buraxılış təyyarəsində və ya helikopterdə "Spice 1000" silah idarəetmə blokundan istifadə ediləndə digər platformada olan "Ice Breaker" gəmi əleyhinə raketindən istifadə edilə bilir.

350 kiloqram kütləyə və aşağı hündürlükdə 300 km məsafəyə zərbə imkanına malik raket süni intellekt sayəsində dərin təhlil texnologiyasına, avtomatik hədəf əldə etmə (ATA) və avtomatik hədəf tanıma (ATR) imkanları əldə edib. "Ice Breaker" raketi çətin radioelektron müdaxilə mühitində işləyə bilir, stasionar və ya hərəkət edən hədəfləri vurmaq üçün maneə törətmə cəhdlərinə müqavimət göstərən müstəqil naviqasiya və tuşlama texnologiyasına malikdir. Raket hədəfə doğru hərəkət zamanı yol nöqtələrinə, azimuta, hücum meydançası bucağına və tuşlama nöqtəsi seçiminə uyğun olaraq əvvəlcədən müəyyən edilən hücum planlarına əsaslanan və digər əlaqəli vasitələrlə sinxronlaşdırılan hücum həyata keçirir".

Ə.Verdiyev qeyd edib ki, Azərbaycan dövləti Silahlı Qüvvələrin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin inkişafına daim yüksək diqqət göstərir: "Həm quru, həm də dəniz sərhədlərində baş verə biləcək təhdidlərin aradan qaldırılması üçün zəruri olan bütün tədbirləri görür. "Ice Breaker" qanadlı raketlərinin alınması da Silahlı Qüvvələrin döyüş potensialının artırılması məqsədi daşıyır. Raketin universal platformaya və süni intellektə malik olması, onun müxtəlif daşıyıcı vasitələrə quraşdırılmasına imkan verir. Bu raketlərin əldə edilməsi Azərbaycanın həm quruda, həm də dənizdə döyüş potensialını kifayət qədər artıracaq".скачать dle 11.3