Mojo.az Banner
20:33 Mayda 14 gün iş olmayacaq  |     20:25 "Bu, hərbi xidmətə yararsız olması üçün əsas yaratmır" - 3 barmağı olan çağırışçı ilə bağlı açıqlama (FOTO)  |     20:20 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     20:12 Benzin bahalaşacaq? - VİDEO  |     20:05 Ağdaşda yaşlı kişi çayxanada öldü  |     20:04 Səhər idmanı ürəyə faydalı ola bilər - Yeni tədqiqat  |     20:03 Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"  |     19:23 Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  |     19:10 23 yaşlı tiktoker saxlanıldı  |     19:05 Mövsümündən əvvəl çiyələk yeyirsiniz? – Bu faktları bilmədən almayın  |     17:45 “Space TV”nin daha bir məşhur verilişi bağlandı  |     17:42 Turan Topalova İŞDƏN ÇIXDI  |     17:39 Putin Əraqçi ilə görüşdü  |     17:23 Teatrın kulisində görünməyən həyat: kirayə, işsizlik, sədaqət — Elman Rəfiyevlə MÜSAHİBƏ  |     17:09 Bu yolda sürət həddi endirildi  |     17:09 Aİ-nin Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı - SƏBƏB  |     16:49 Türkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU  |     16:48 Məzahir Pənahov yenidən MSK sədri seçildi  |     16:12 Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT ETDİ  |     15:42 Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır  |    
Left Banner
Right Banner

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

11.11.2025 15:28 564
Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR
Zəfər Günü Bakıda keçirilən parad Azərbaycanın hərbi təchizat xəritəsinin daha da genişləndiyini göstərdi. Paradda ilk dəfə nümayiş etdirilən silahlar, eləcə də yeni alınan texnikalar ölkəmizin bir mənbədən asılı olmadığını sübut edir.

Modern.az-ın apardığı araşdırmaya görə, Azərbaycan 10-dan artıq ölkədən silah və texnika alır.

Son illər Türkiyə, İsrail və Pakistandan alınan hərbi məhsullar ordumuzun dəqiq zərbə qabiliyyətini artırıb.

Paradda İsrail istehsalı olan sistemlərin kütləvi iştirakı diqqəti çəkib. Paradda nümayiş etdirilən "Elbit Systems" şirkətinin PULS modul reaktiv artilleriya sistemi və ona inteqrasiya edilən "Predator Hawk" raketləri konteynerlərdən buraxılır və təxminən 300 kilometrə qədər məsafədəki hədəflərə dəqiq zərbə endirmək gücünə malikdir.

"Rafael" şirkətinin "IceBreaker" əməliyyat-taketiki raketləri də ilk dəfə paradda nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı tətbiq edilən 624 millimetrlik "LORA” əməliyyat-taktiki raket kompleksi xüsusi diqqət çəkib. Bunlardan başqa İsrail istehsalı zirehli texnikalar, pilotsuz uçuş aparatları və digər texnikalar paradda iştirak edib.

Türkiyədən alınan "Roketsan" şirkətinin istehsal etdiyi TRLG-230 və TRG-300 kimi yerüstü dəqiq atəş sistemləri paradın mühüm hissəsini təşkil edib. Bu sistemlərin pilotsuz uçuş aparatları ilə birgə işləyə bilən lazer və GPS/INS yönümlü məhvetmə qabiliyyətləri Azərbaycan prioritet verdiyi texnologiyalar sırasındadır. Eyni zamanda "Bayraktar TB2" və daha ağır sinif "Akıncı" PUA-ları ölkənin pilotsuz uçuş aparatları parkının əsasını təşkil edir.

Çindən alınan HQ-9BE (FD-2000B) uzunmənzilli zenit-raket kompleksi 2025-ci ildə ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Açıq mənbə məlumatlarına görə, bu sistem 250–260 kilometrə qədər məsafədə hava hədəflərini nəzərə alma qabiliyyətinə malikdir və S-300, Buk və Tor kimi mövcud sistemi tamamlayaraq çoxlaylı hava müdafiəsi arxitekturasının "yuxarı qatını" gücləndirir.

Hərbi aviasiya sahəsində Pakistanla 2024-cü ildə əldə olunan razılaşmanın nəticəsi kimi JF-17 Block III qırıcılarının silahlanmaya qəbul edilməsi paradda diqqətə çatdırılıb. Block III versiyası AESA radarları və müasir hava-hava, hava-yer silahlarının inteqrasiyası ilə təchiz olunub və region üçün önəmli döyüş-aviasiya qabiliyyəti təqdim edir.

İtaliya istehsalı C-27J Spartan taktiki nəqliyyat təyyarəsi isə paradda yeni daxil olmuş platformalardan biri kimi göstərilib, bu təyyarə qısa eniş zolaqlarında əməliyyat aparmaq və təxminən 11 ton faydalı yük daşımaq imkanına malikdir.

Artilleriya parkının yenilənməsi Avropa mənbələrindən də davam etdirilir. Belarus istehsalı "Polonez-M" sistemləri, Çexiyanın DANA və DITA haubitsaları, eləcə də Serbiyanın NORA B-52 haubitsaları paradda nümayiş etdirilib. Rusiyadan əvvəllər alınan texnikalar, Cənubi Afrika Respublikası ilə birgə istehsal edilən zirehli maşınlar, həmçinin bəzi Avropa ölkələrindən alınan kiçik silahlar da paradda Azərbaycanın gücünü dünyaya göstərdi.

Nəticə etibarilə, Azərbaycanın silah tədarükü çoxmənbəli xarakter daşıyır. İsrail və Türkiyədən alınan dəqiq zərbə və PUA texnologiyaları, Çindən alınan strateji hava müdafiə sistemləri, Pakistandan alınan döyüş təyyarələri və Avropa mənbələrindən modern artilleriya kompleksləri Azərbaycanın hərbi potensialının həm coğrafi, həm də texnoloji baxımdan şaxələndiyini göstərir.скачать dle 11.3
Mojo.az Banner