Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü

10.11.2025 18:19 798
Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü
Abşeron rayonunda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 2008-ci təvəllüdlü Səid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Abşeron rayonunun Məmmədli kəndində baş verib. Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Rəfiqə Əliyeva ailəsi ilə birlikdə Bakıda kirayə qalıb və ticarət mərkəzlərindən birində xadimə işləyib.

O, xadimə işlədiyi dövrlərdə başqa bir kişi ilə tanış olub və aralarında sevgi münasibətləri yaranıb. Bir müddətdən sonra R.Əliyeva ailəsindən xəbərsiz evi tərk edib və həmin tanış olduğu kişi ilə qaçıb. Ailə üzvləri onu bir neçə ay axtarsalar da, tapa bilməyib.

Atası Səid və onun qardaşlarını Salyan rayonundakı ata evinə köçürüb, özü isə Dağıstana işləməyə gedib. 3 aydan sonra Rəfiqə oğlu Səidə zəng vuraraq, başqa kişi ilə yaşadığını və geri qayıtmayacağını bildirib. Səid anasından evlərinə qayıtmasını xahiş etsə də, qadın onların yanına qayıtmayacağını bildirib.

Bir neçə gündən sonra Səid evlərindən bıçaq götürərək, Bakıya gəlib, anasına zəng edərək onunla görüşmək istədiyini deyib. Anası onunla görüşə razı olub və onlar Məmmədi kəndində, yolun kənarında görüşüblər. S.Əliyev anasını söhbətə tutaraq, onu insanların az hərəkət etdiyi dalanlardan birinə aparıb. O, anasından geri qayıtmasını istəyib. Anası isə yenə də onun sözünə baxmayıb və geri qayıtmayacağını bildirib. Həmin vaxt əsəblərini cilovlaya bilməyən yeniyetmə üzərindəki bıçaqla anasına 10 zərbə endirib. O, anasının tam öldüyünə əmin olduqdan sonra hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyev şübhəli şəxs qismində tutularaq, istintaqa təhvil verilib.

Son xəbərlər