Füzuli şəhəri üçün 17 milyon manatlıq tender elan edilib
Layihənin ehtimal olunan dəyəri 17 milyon 450 min 725 manatdır.
"Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi (PHŞ) tərəfindən keçirilən satınalmaya noyabrın 20-də yekun vurulacaq.
Layihədə Füzuli şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, eləcə də müvafiq qurğuların layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi nəzərdə tutulub.