16:11 Sabah qısa iş günü olacaq  |     16:03 Sarkisyan korrupsiya ilə mübarizə komitəsində dindirildi  |     15:53 Zəfər paradında yeni texnikalar nümayiş etdiriləcək  |     15:51 Sünikin sabiq qubernatoru Vaqe Akopyan axtarışa verilib  |     15:27 Füzuli şəhəri üçün 17 milyon manatlıq tender elan edilib  |     15:15 Türkiyə və Pakistan hərbçiləri Zəfər paradında iştirak edəcək - Video  |     14:57 Bakıda məşhur şadlıq evində nöqsanlar aşkarlandı  |     14:49 "Qarabağ"ın oyunçuları "Çelsi" ilə oyuna görə mükafat alacaqlar - MƏBLƏĞ  |     14:36 Kadi Borgeslə bağlı BƏD XƏBƏR: Yaşıl meydanlara gələn il qayıdacaq  |     14:31 Ailəvi istirahət mərkəzindəki quşlar aidiyyəti üzrə təhvil verildi  |     14:20 Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR  |     14:15 Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq  |     14:04 Paşinyan: "Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq"  |     14:03 Leyla və Arzu Əliyevalar Talassemiya Mərkəzində olublar - FOTO  |     13:59 "Tərtər işi" ilə bağlı həbs edilən general Bəkir Orucovla bağlı qərar verildi  |     13:41 Təhsil sektorunun müdirinə TÖHMƏT VERİLDİ  |     13:32 Polis Akademiyası kursantlarından “Zəfər təntənəsi” - Video  |     13:30 Türkiyə F-16-ları Bakıda keçiriləcək paradda iştirak edəcək  |     13:22 Ermənistan hökuməti müdafiə ehtiyacları üçün əlavə 11 milyon dollar ayıracaq  |     13:04 "Neftçi" klubu 2500 manat cərimələndi  |    

Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR

Rüşvət alma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

Median.Az "Teleqraf"a istinadən xəbər verir ki, o, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

Vurğun Mənsimov 71445 manat büdcə vəsaitini mənimsəyib, 8000 manat dələduzluq edib, 3 000 manat rüşvət alıb.

İstintaq orqanı tərəfindən V. Mənsimovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

"Heç kimdən pul almamışam"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadə verən V.Mənsimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2011-2022-ci illərdə Yardımlı rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib:

"2022-ci ildə öz ərizəmlə işdən çıxdım. Yardımlı rayonun Ostair kənd sakinindən 2000 manat, Məlikli kənd sakinindən isə 5000 manat məbləğində pulu borc almışam. Sonra hər ay ödəniş etməklə borcları qaytarmışam. Mənim direktor kimi təşkilati-sərəncam vermə səlahiyyətim olsa da, hansısa şəxsi işə götürmək ixtiyarım olmayıb. Məktəbin pedaqoji, texniki heyətinin işə qəbulu Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.

Kimisə işə götürmək adı ilə heç kimdən pul almamışam, heç kimi də aldatmamışam. Ona görə mənə verilmiş ittihamda göstərilənləri qəbul etmirəm. Belə hal olubsa da, aldığım pulu Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişəm".

"Direktor müavini cavabdehlik daşıyıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında adları keçən və şahid olan müəllimləri tanıyır, həmin şəxslər Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin müəllimləridir: "Məktəbdə çalışan müəllimlər tələblərə uyğun işləyib, vaxtlı-vaxtında dərsləri tədris edib və intizam-intizam qaydalara riayət ediblər.

Məktəb əvvəllər, yəni 2022-ci ilədək Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, sonrakı dövrdə isə Lənkəran-Astara Təhsil İdarəsi tərəfindən maliyyələşib. Sənədlərdə heç saxtakarlıq olmayıb. Direktor olaraq əməkhaqlarının ödənilməsi üçün tərtib olunan smeta cədvəlini aidiyyəti üzrə göndərmişəm.

Məktəbdə artıq işçilərin əməkhaqlarının ödənilməsi məsələsini təhsil və maliyyə idarələri həll edib. Mənim bundan xəbərim olmayıb. Məktəbdə dərslər tədris olunarkən qeydiyyat aparılan jurnallara mən yox, direktor müavini cavabdehlik daşıyıb".

"Əmrləşmə aparılmayıb"

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, məktəbin binası kiçik və tədris üçün əlverişsiz olduğundan məşğələlər müxtəlif məktəblərdə təşkil edilib:

"Məşqçi-müəllimlər, texniki işçilər Yardımlı rayon Təhsil Şöbəsinin müdirinin təqdimatı, mənim isə əmrim əsasında işə götürülüb. Təhsil şöbəsi təqdimat vermədiyi halda heç kəsi işə götürə bilməmişik.

Etiraf edirəm ki, bəzi işçilər təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı, mənim isə əmrim əsasında işə götürülsələr də, vəzifə funksiyalarını yerinə yetirmədikləri halda onlara tərəfimdən maaş buraxılması halları olub.

Həmçinin şahidlərdən biri məktəbə məşqçi-müəllim təyin edilsə də, onun heç bir qrupu olmayıb və dərs keçməyib. Lakin aylıq maaşını alıb. Daha bir neçə müəllim dərs keçsə də, onların barəsində tərəfimdən əmrləşmə aparılmayıb".

"Məqsədim müddət udmaq olub"

V.Mənsimovun ifadəsinə görə, 2022-ci ilin fevral ayında keçmiş iş yoldaşı, Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin direktoru onunla əlaqə saxlayıb, Əfqan İbayev və qardaş oğlu Fərahim İbayevi işə götürməsinin mümkün olub-olmadığını soruşub: "Həmin vaxt pula ehtiyacım olduğundan onları işə götürə biləcəyimi bildirdim. Bir neçə gün sonra Sırıq kəndinin ərazisində bunun üçün 5000 manat aldım.

Fikrim Yardımlı rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşaraq həmin şəxsləri işə götürmək idi. Onda təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdə idi. O, məzuniyyətdən qayıtdıqdan dərhal sonra işdən çıxdığından bu plan alınmadı. 5000 manat pulu öz şəxsi ehtiyaclarım, o cümlədən tibbi xərclərim üçün sərf etdim.

Zərərçəkmiş şəxsdən 5000 manatı aldığım vaxt ona Fərahim və Əfqanı şahmat kursuna göndərəcəyimi, kurs bitdikdən sonra işə götürəcəyimi demişəm. Amma onları hər hansı şahmat kursuna göndərmək fikrim olmayıb. Məqsədim guya şahmat kursunun ödənişi kimi 5000 manat məbləğində pulu almaq, daha sonra isə onların işə qəbul edilməsinə cəhd etmək olub.

Zərərçəkmiş şəxs tez-tez kurs məsələsini soruşduğu üçün müddət qazanmaq və onu özümə inandırmaq məqsədi ilə əslində olmayan 29 nömrəli əmrdən saxta çıxarışlar tərtib edərək imzalamışam".

Məhkəmənin hökmü ilə V. Mənsimov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququ məhdudlaşdırılmaqla 5 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və barəsində daha ədalətli, humanist qərar qəbul edilməsini xahiş edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti qismən təmin olunub. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib.

Təqsirləndirilən şəxs 1 il 9 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub, cəzası 4 il 9 aya endirilib.

Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Şikayətə Ali Məhkəmədə baxılıb və təmin edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 06.11.25 14:20