Mojo.az Banner
13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Anar: "Erməni yazıçılar istəsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam"

05.11.2025 22:15 462
Anar:
"Mən xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəyərlərsə, təşəbbüs göstərərlərsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam".

Median.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək: "Erməni yazıçıların belə niyyəti varsa, qoy bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq. Əgər görüş xoşniyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki? Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır".
Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.
Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova ("1news.az" saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin "Qadınlar Sülh və Əmin-amanlıq" Mərkəzinin rəhbəri) təmsil ediblər. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir.скачать dle 11.3
Mojo.az Banner