Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

"Qarabağ"ın U-19 komandasının məşqçisi: "Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir"

05.11.2025 19:27 513
"Qarabağ" klubunun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Rəşad Sadiqov "Çelsi"yə 5:0 hesabı ilə məğlub olduqları oyundan sonra futbolçu çatışmazlığı və qarşıya çıxan problemlərlə bağlı danışıb.

Bu barədə baş məşqçi oyundan sonra mətbuat konfrasında məlumat verib.

Qarabağın U-19 komandasının məşqçisi: Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir

Mütəxəssis futbolçu yetişdirməyin çətinliklərinə toxunaraq bildirib: "Bir yaş qrupunda ortalama 20-24 futbolçu olur. Lakin onların seçimi yalnız fiziki göstəricilərlə məhdudlaşmır. Məsələn, "Benfika" klubunun müxtəlif yaş qruplarında - U-19, U-23, əsas komanda və B komandasında eyni vaxtda çıxış edən oyunçular olur. Bu da seçim imkanlarını çox genişləndirir. Bizdə isə bu resurs yoxdur və bu da işimizi xeyli çətinləşdirir".

Sadiqov qeyd edib ki, Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir: "Əsas problem ondan ibarətdir ki, yaş artdıqca futbolçular sistemdən itirlər. Bunun başlıca səbəblərindən biri hərbi xidmətlə bağlıdır. Ali məktəbə qəbul ola bilməyənlər məcbur əsgərliyə gedir və bir il yarım fasilədən sonra həmin futbolçudan əvvəlki fiziki forması ilə oyun gözləmək çətindir".

Məşqçi eyni zamanda təhsil amilinin də prosesə ciddi təsir etdiyini vurğulayıb: "Bir çox gənc ya səhər, ya da günorta dərsdə olur və məşqləri buraxır. Elələri var ki, həftədə 3-4 məşqə belə qatıla bilmir. Biz də onları digər yaş qrupuna göndərməyə məcbur qalırıq, bu isə kollektivin komplektləşməsində çətinlik yaradır. Komandanın içində uyğunlaşma pozulur".

Sonda R.Sadiqov Azərbaycan futbolunda gənc istedadların inkişafının nə qədər çətin və məsuliyyətli proses olduğunu bu cür ifadə edib: "Təhsil, hərbi xidmət, məhdud imkanlar - bütün bunlar futbolçu yetişdirməyi olduqca ağırlaşdırır".
//oxu.azскачать dle 11.3
Mojo.az Banner