Mojo.az Banner
Mojo.az Avto
Mojo.az Avto

FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

14.07.2021 19:08 1 104
FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi
Hazırda "Qarabağ" klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.

Bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.скачать dle 11.3
Mojo.az Banner