Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə heyvan mənşəli məhsulların emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

04.11.2025 15:46 480
Gəncədə heyvan mənşəli məhsulların emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Gəncə şəhəri, Gəncə-Şəmkir şosesində fəaliyyət göstərən "Azerpetfood" MMC-yə məxsus heyvan mənşəli məhsulların emalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, emal sahələrinin antisanitar vəziyyətdə olduğu, xammalın qəbulu və texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, istifadə olunan alət, avadanlıq və ləvazimatların təmiz saxlanmadığı, ümumilikdə məhsulların hazırlandığı sahələrin çirkli mühitə malik olduğu və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner