Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

27 milyon manatı xaricdən qaytarmayan şirkət rəhbərinə HÖKM OXUNDU

04.11.2025 12:08 495
27 milyon manatı xaricdən qaytarmayan şirkət rəhbərinə HÖKM OXUNDU
Nərimanov Rayon Məhkəməsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamada və vəzifə səlahiyyətlərindən sui-istifadəyə cəhddə təqsirləndirilən Habil Həşimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Habil Həşimov tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəhbərlik etdiyi qrupun tərkibində əvvəlcədən planlaşdırdıqları vahid niyyətə uyğun olaraq müxtəlif tərəvəz məhsullarını ölkədən ixrac etməklə daha çox qazanc əldə etmək məqsədilə qanunsuz fəaliyyət göstərib.

Belə ki, təqsirləndirilən şəxs bu məqsədlə R.İmanova tapşırıqlar verməklə, MMC-ni 2022-ci ildə onun göstərişi ilə R.İmanovun adına təsis edilərək direktor qismində rəsmiləşdirilməsini təmin edib.

Habil Həşimov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni maddi qazanc əldə etmək məqsədilə MMC-nin direktoru qismində Rusiya Federasiyasında, Qazaxıstan və Özbəkistan Respublikasında fəaliyyət göstərən müxtəlif hüquqi şəxslərlə alqı-satqı müqavilələri bağlayıb.

Belə ki, 2023-2024-cü illərdə bu müqavilələr əsasında MMC-nin adından 1 yanvar 2024-cü il tarixdən - 1 noyabr 2024-cü il tarixinədək 1279 gömrük bəyannaməsi üzrə, həmin dövrün məzənnəsi ilə 27 189 007.60 manat ekvivalentində, yəni 15 993 533.90 ABŞ dolları dəyərində müxtəlif meyvə və tərəvəz məhsulları Azərbaycandan Rusiya, Qazaxıstan və Özbəkistan ərazilərinə ixrac edilib.

Lakin konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində müvafiq vəsaitlərin 180 gün ərzində Azərbaycandakı müvəkkil banklarda olan hesablara köçürülməsi tələb olunduğu halda, təqsirləndirilən şəxs R.İmanovla qabaqcadan əlbir olmaqla bu vəsaitlərin müvafiq bank hesablarına qaytarılmasını təmin etməyib.

Nəticədə 27 189 007.60 manat ekvivalentində külli miqdarda xarici valyuta vəsaitləri Azərbaycanın müvəkkil edilmiş bank hesablarına məcburi qaydada köçürülməsinə baxmayaraq, xaricdə saxlanılıb, dövlətin iqtisadi maraqlarına zidd olaraq qanunsuz şəkildə mənimsənilib.

Beləliklə, təqsirləndirilən şəxs və R.İmanov bu əməlləri ilə Azərbaycan Respublikasının iqtisadi dayanıqlılığının təmin edilməsi, valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və inflyasiya təzyiqlərinin azaldılması sahəsində dövlət siyasətinə zərər vurmaqla, qanunla qorunan dövlət mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər yetiriblər.

Son xəbərlər