Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı

01.11.2025 13:58 924
Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı
İsrailin təhlükəsizlik və analitik məsələləri üzrə ixtisaslaşmış şirkəti "CGI Group" bəyan edib ki, ona oktyabrın 19-da Luvr muzeyindən oğurlanmış qiymətli əşyaların bir hissəsini "darknet" (Qaranlıq şəbəkə - red.) vasitəsilə əldə etmək təklif olunub.

Median.Az
bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.

"Luvrdakı qarətdən beş gün sonra oğruların nümayəndəsi olduğunu iddia edən şəxs "CGI Group"un rəsmi saytı vasitəsilə bizimlə əlaqə saxlayıb. O, oğurlanmış incəsənət əsərlərinin "darknet" vasitəsilə alınması üçün danışıqlar aparmağa hazır olub-olmadığımızı soruşub və cavab vermək üçün 24 saatımızın olduğunu vurğulayıb", - deyə şirkətin baş direktoru Tsivika Nave nəşrə bildirib.

O qeyd edib ki, ünsiyyət "CGI Group"un saytı üzərindən başlayıb və daha sonra "darknet"ə keçib.

"CGI Group" məsələni Fransa hüquq-mühafizə orqanlarına bildirib, lakin oğurlanmış qiymətli əşyaları geri qaytarmaq mümkün olmayıb.

Son xəbərlər