Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı

31.10.2025 22:53 555
Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı
Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi Nicat Kazımlı avtomobil qəzasında həlak olub.

Median.Az
xəbər verir ki, həmyerlimiz motosikletlə hərəkətdə olan zaman təcili yardım maşını tərəfindən vurulub.

Sinopdan gətirdiyi xəstəni Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasında düşürdükdən sonra geri qayıdan təcili yardım maşını yol qovşağında qırmızı işıqda keçib və qəzaya səbəb olub.

19 yaşlı gənc Tibb Fakültəsi Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Nicatın ölümünə bais olan sürücü Şakir Ü. hadisə ilə əlaqədar saxlanılıb və "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı ilə Samsun Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Nicat 3 uşaqlı ailənin sonbeşiyidir. O, ən yüksək balla Türkiyədəki universitetə daxil olmuşdu və artıq 3-cü kursda təhsil alırdı.//oxu.az



Son xəbərlər