Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Astanada Qazaxıstan prezidentinin keçmiş müşaviri döyülərək öldürüldü

30.10.2025 11:48 798
Astanada Qazaxıstan prezidentinin keçmiş müşaviri döyülərək öldürüldü
Bu gecə Astanada 90-cı illərdən bəri dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışmış Yerjan Babakumarov dünyasını dəyişib.

Bu barədə Qazaxıstan mediasında məlumat yayılıb.

Polis idarəsinin məlumatına görə, keçmiş məmur döyülərək öldürülüb.

İlkin olaraq müəyyən edilib ki, əvvəllər tanış olan kişilər arasında mübahisə yaranıb və bu, dava ilə nəticələnib. Aldığı xəsarətlər nəticəsində 56 yaşlı Babakumarov ölüb.

"Şübhəli şəxs saxlanılıb və müvəqqəti saxlama məntəqəsinə göndərilib. Qətl faktı ilə bağlı cinayət işi açılıb, məhkəməyə qədər araşdırma aparılır", - deyə polis idarəsindən bildirilib.

Qeyd edək ki, Yerjan Babakumarov 2 mart 1969-cu ildə Qazaxıstanın Taldıkorqan vilayətində anadan olub. Siyasi elmlər namizədidir.

1996-cı ildən dövlət qulluğunda çalışıb. Daxili siyasət şöbəsinin müdir müavini, Prezident Administrasiyasının informasiya-analitik mərkəzinin rəhbəri olub, mədəniyyət və informasiya nazirinin məsul katibi və nazirin müavini kimi çalışıb. O, baş nazirin ofisinin rəhbər müavini, prezident yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin direktoru, dövlət başçısının müşaviri - Prezident Administrasiyasının Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

2019-cu ilin iyul ayından 2022-ci ilin fevralına qədər Babakumarov Almatı akiminin müavini olub.

Son xəbərlər