Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib

29.10.2025 14:00 558
Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro Ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.

Bu barədə Ombusdmanın Mətbuat Xidməti məlumat yayıb.

Müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin olunmasını xahiş edib.

Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.

Səbinə Əliyeva, həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb. Bundan sonra hadisə yerinə toplaşanlar miqrantlara qarşı şüarlar səsləndiriblər. Daha sonra digər qanun pozuntularına görə 40-dan çox Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.скачать dle 11.3
Mojo.az Banner