Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xərçəng zamanı immun cavabını gücləndirən ÜSUL

28.10.2025 12:51 792
Xərçəng zamanı immun cavabını gücləndirən ÜSUL
Yel Universitetinin alimləri müəyyən ediblər ki, MIF zülalının bloklanması orqanizmin xərçəng şişlərinə qarşı immun cavabını gücləndirə bilər.

Bu barədə məlumat "JCI Insight" jurnalında dərc edilən tədqiqatda yer alıb.

Alimlər MIF zülalını (makrofaq miqrasiyasını inhibe edən faktor) öyrəniblər. Normalda o iltihabın tənzimlənməsində iştirak edir, lakin xərçəng zamanı MIF anadangəlmə immuniteti - orqanizmin anormal hüceyrələrə birinci cavabını - basdırır və T-hüceyrələrinin şişə hücum etməsinə mane olur.

Bu, artıq klinik praktikada tətbiq olunan PD-1 preparatları (pembrolizumab, nivolumab, semiplimab) kimi nəzarət nöqtələrinin inhibitorlarının işini çətinləşdirir.

Alimlər təxmin ediblər ki, MIF-in bloklanmasının T-limfositlərinin aktivləşdirilməsi ilə kombinasiyası şişə qarşı immun cavabını gücləndirə bilər.

Melanoma və bağırsaq xərçəngi olan heyvanlar üzərində aparılan təcrübələrdə belə kombinə terapiya daha effektiv olduğunu göstərib: şişlər daha səmərəli azalıb və daha yavaş böyüyüb, heyvanlar isə hər bir metodun ayrılıqda tətbiqindən daha uzun yaşayıb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner