Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA

23.10.2025 21:10 489
Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısının döyülməsi ilə bağlı iddialara TƏBİB-dən açıqlama verilib.

TƏBİB-dən bildirilib ki, vətəndaş Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi, həmçinin qanunsuz və əsassız olaraq işdən azad olunması barədə 2024 və 2025-ci illər ərzində TƏBİB-ə daxil olmuş müraciətləri əsasında müvafiq araşdırmalar aparılıb.

X.Cümşüdova müraciətlərində "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin bir qrup əməkdaşı tərəfindən ondan pul tələb olunduğunu, tələb olunan pulu vermədiyi üçün təzyiqə məruz qaldığını, işdən çıxmasının tələb olunduğunu, həmin tələblərə əməl etmədikdə isə Xəstəxananın İnsan resursları şöbəsinin müdiri tərəfindən döyülərək burnunun qanadığını bildirib. İddiada adı keçən şəxslərin hər birinin izahatları alınıb, məsələ ilə bağlı verdikləri izahatlarında qeyd olunan halları təkzib edilib.

Həmçinin X.Cümşüdova tərəfindən müraciətində qeyd olunan halları təsdiq edən hər hansı sübut təqdim edilməyib.

Araşdırma nəticəsində əmək funksiyalarının icrası zamanı nöqsana yol verməsi və iş yerində əmək və icra intizamını pozması səbəbindən (icazəsiz işə gəlməməsi, işçilərin öz əmək funksiyalarını yerinə yetirməsinə mane olması və s.) X.Cümşüdovanın bir neçə dəfə intizam məsuliyyətinə cəlb olunduğu, yekun olaraq, 10.01.2025-ci il tarixli əmrlə X.Cümşüdova ilə "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən olunub.

Əmrdən narazı qalan X.Cümşüdova "əmrin ləğvi və işə bərpa" tələbi ilə məhkəməyə müraciət edib və iddia təmin olunmayıb.

İş materiallarında X.Cümşüdovanın yerli icra hakimiyyəti orqanının başçısına və Xəstəxana rəhbərinə ünvanlanmış 27.06.2024-cü il tarixli müraciətlərindən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlərinin emosional vəziyyətdə yazılaraq həqiqəti əks etdirmədiyini bildirdiyi aydın olur.

X.Cümşüdovanın digər iddialarına hazırda aidiyyəti dövlət qurumları ilə birgə baxılır.

Son xəbərlər