Mojo.az Banner
20:41 İki nəfər minaya düşərək ölüb  |     20:34 Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlandı  |     20:29 Xlorlu su dərini quruda bilər - Dermatoloqdan məsləhətlər  |     20:24 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:15 İspaniyada meşə yanğınları tüğyan edir  |     20:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 100 milyonluq “yeyinti”  |     20:02 Lavrovun İrana səfəri planlaşdırılır  |     19:57 Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |     17:36 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb  |     17:29 Azərbaycanda hakimlərin fəaliyyəti ilə bağlı QƏRAR  |    
Left Banner
Right Banner

İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər - Video

23.10.2025 12:53 783
İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər - Video
2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub.

Belə ki, büdcədən Fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır.

Dövlət büdcəsindən ayrılan vəsaitin azalması Fonda digər mənbələrdən daxil olan vəsaitin artacağına işarə edir. İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqqının artırılacağı barədə isə məlumat yoxdur. Məlum olan budur ki, 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq üçün bəzən sığorta haqqı ödəmək kifayət etməyəcək.

Belə ki, "Tibbi sığorta haqqında" Qanuna görə, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, şəxs bunun üçün əlavə ödəniş etməli olacaq. Ən əsası isə Qanuna görə, heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər.

Söhbət ondan gedir ki, indiyədək həmin şəxslər bu xidmətlərdən dövlət vəsaiti hesabına istifadə edirdilər. Bəs işləməyən şəxslər üçün illik icbari tibbi sığorta haqqı nə qədər olacaq? İqtisadçı Xalid Kərimli bildirib ki, işləməyən şəxslər icbari tibbi sığorta sistemindən faydalanmaq üçün 2026-cı ilin yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi qədər ödəniş etməlidirlər.

Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək. Əks təqdirdə, hər bir tibbi xidmətdən istifadəyə ödəniş edilməlidir. Hazırda təkcə ixtisaslı həkim müayinəsinin qiyməti 38 manat təşkil edir.

Daha ətraflı Baku TV-nin videomaterialında:скачать dle 11.3
Mojo.az Banner