Mojo.az Banner
19:43 Bu il doğulan uşaqlara ən çox qoyulan adlar  |     19:35 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? (AÇIQLAMA)  |     19:30 1980-ci illərin hiti olan cinslər yenidən dəbə qayıdır (FOTO)  |     19:24 Feliks "Beşiktaş"dan getdi  |     19:15 Bakının 556 küçəsi yuyuldu  |     19:10 Ağcaqanad dişləməsi 9 nəfərin həyatına son qoydu  |     19:03 “28 May–Nizami” xəttində 100-ə yaxın avtobus cəlb olunub  |     18:58 Güclü yağış Tbilisidə ciddi fəsadlara səbəb olub - VİDEO  |     18:50 Lift əvəzinə pilləkənlərdən istifadə edin - Səbəbi isə...  |     18:45 Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür  |     18:36 Dünyanın ən böyük elektrik təyyarəsi ilk dəfə səmaya qalxdı  |     18:31 Sumqayıtda 6 maşın toqquşdu - Xəsarət alanlar var  |     18:26 ABŞ-də 5 erməni həbs edildi  |     18:21 Yəmənin limanına raket zərbəsi: Ölən və yaralananlar var  |     18:05 Bu ərazilərdə qaz olmayacaq  |     18:05 Sabah çimərliklərdə hava necə olacaq?  |     17:59 Azərbaycanlı müğənni və meneceri döyüldülər - VİDEO  |     17:37 Süni intellekt əməkdaşı işdən çıxardı - İlk dəfə  |     17:21 Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var - Video  |     16:58 İsveçrədə Rusiyanın dondurulmuş aktivləri 10 milyardı keçdi  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim edib - FOTO

22.10.2025 16:14 510
Prezident İlham Əliyev Yaqub Eyyubova
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona "İstiqlal" ordenini təqdim edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev deyib:

"Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim".

Prezident İlham Əliyev "İstiqlal "ordenini Yaqub Eyyubova təqdim edərək deyib: "Sizi təbrik edirəm".

Yaqub Eyyubov: "Təşəkkür edirəm".

Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ulu öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirib. O, məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək deyib:

"Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur".

"İstiqlal" ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirib:

"Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim".

Prezident İlham Əliyev: "Çox sağ olun".








скачать dle 11.3
Mojo.az Banner