Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Instagram"dan azyaşlılar üçün ciddi məhdudiyyətlər: Süni intellekt nəzarət edəcək

15.10.2025 19:50 624
“Instagram” süni intellekt vasitəsilə 18 yaşadək istifadəçilərin görə biləcəyi məzmunu müəyyən edəcək. gənclər üçün uyğun hesab edilməyən paylaşımlar onlardan gizlədiləcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalara əsasən, süni intellekt alqoritmləri hər bir paylaşımı avtomatik şəkildə təhlil edərək onun PG-13 standartına uyğun olub-olmadığını müəyyən edəcək. Əgər uyğun deyilsə, həmin paylaşım yeniyetmələr üçün görünməyəcək. Qadağan olunmuş məzmuna söyüşlər, təhlükəli hərəkətlər, seksual xarakterli eyhamlar və narkotik vasitələrin, xüsusilə marixuananın təsvirləri daxil olacaq.

“Instagram” şirkəti bildirib ki, bu qərar gəncləri potensial zərərli kontentdən qorumaq məqsədi daşıyır: “Biz standartlarımızı valideynlərə tanış olan PG-13 film reytinqlərinə yaxınlaşdırmağa çalışırıq. Bəzən yeniyetmələr belə məzmunla qarşılaşa bilərlər, lakin biz bunun nadir hallarda baş verməsi üçün bütün tədbirləri görürük”, – şirkətin açıqlamasında qeyd olunub.

Yeni məhdudiyyətlər avtomatik olaraq bütün 18 yaşadək hesablar üçün tətbiq ediləcək. Yeniyetmələr bu parametrləri valideyn icazəsi olmadan dəyişə bilməyəcəklər. Ailələr üçün əlavə olaraq “Limited Content” adlı daha sərt rejim təqdim ediləcək ki, bu da riskli materiallara çıxışı daha da azaldacaq.

Bundan başqa, Instagram yeniyetmələrin “18+” məzmun paylaşan və ya OnlyFans kimi saytlara keçid verən hesabları izləməsini də qadağan edəcək. Əgər yeniyetmə artıq belə hesabı izləyirsə, onun paylaşımları avtomatik şəkildə görünməz olacaq.

"Instagram"ın ana şirkəti Meta son illərdə gənclərin təhlükəsizliyini kifayət qədər təmin etmədiyi üçün bir sıra ittiham və məhkəmə işləri ilə üzləşib. Cavab olaraq, şirkət daha sərt tədbirlər görür: 16 yaşdan kiçiklər üçün canlı yayımları qadağan edib və yeniyetmələr üçün xüsusi məhdudlaşdırılmış hesab rejimi tətbiq edib.

Yeni qaydalar yaxın zamanda “Instagram”ın fəaliyyət göstərdiyi bütün ölkələrdə mərhələli şəkildə qüvvəyə minəcək. Şirkətin əsas məqsədi yeniyetmələr üçün sosial şəbəkədə daha təhlükəsiz və nəzarətli mühit yaratmaq, onların psixoloji sağlamlığını qorumaqdır.

Son xəbərlər