Mojo.az Banner
13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |    
Left Banner
Right Banner

Diaqnostikada yeni era: Süni intellekt qorxulu xəstəlikləri aşkar edəcək

05.12.2024 12:51 1 041
Diaqnostikada yeni era: Süni intellekt qorxulu xəstəlikləri aşkar edəcək
Rusiyada həkimlər təhlükəli beyin xəstəliklərini aşkar etmək üçün süni intellektin dəstəyindən istifadə edəcək.

Median.Az
-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın "Rostex" dövlət korporasiyası xəbər verib.

Bildirilir ki, şirkətin texnoloji tərəfdaşı "NtechLab"la birlikdə hazırlanmış alqoritm həkimlərə başın MRT şəkillərini dağınıq skleroz əlamətləri üçün təhlil etməyə kömək edəcək.

"Onun köməyi ilə həkimlər tədqiqatları birbaşa internetə yükləyərək süni intellektin diaqnostik dəstəyini ala bilərlər. Tədqiqatın nəticələrinə əsasən, süni intellekt həkimin razılaşa və ya düzəliş edə biləcəyi fərziyyələr təklif edəcək. Diaqnoz haqqında məsuliyyət və qərar qəbulu həkimdə qalacaq", - deyə məlumatda qeyd olunur.

Platformanın 2024-cü ilin oktyabr ayının əvvəlindən pilot rejimdə işlədiyi vurğulanıb.

"Yaxın vaxtlarda platformaya beyinin MRT şəkilləri əsasında yeni törəmələrin diaqnostikası və adi ölçmələrin aparılması üçün "NtechLab" həllərinin inteqrasiyası planlaşdırılır. Platformada yerləşdirilmiş digər 12 süni intellekt xidmətinin köməyi ilə həkimlər döş qəfəsi, onurğa, sümüklər, oynaqlar, kəllə, beyin, süd vəzi və dərinin fotoları daxil olmaqla müxtəlif tibbi görüntülərdə mümkün patologiya əlamətlərini aşkar edə bilərlər", - deyə elm adamları bildiriblər.скачать dle 11.3
Mojo.az Banner