Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın tikinti şirkəti faktiki müflis olub

10.10.2025 22:10 690
Azərbaycanın tikinti şirkəti faktiki müflis olub
Tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət ötən ili 5,5 milyon manat xalis zərərlə tamamlayıb.

Bu, əvvəlki illə müqayisədə 7,4 milyon manatlıq pisləşmə deməkdir. Belə ki, 2023-cü ildə "Diadem" 1,9 milyon manat xalis mənfəət əldə etmişdi.

Şirkətin illik gəlirləri 30,4 milyon manata düşüb ki, bu da ötən ilə nisbətən 28 milyon manat və ya 47,9 % azalma deməkdir. Eyni zamanda, maya dəyəri xərcləri də 32,4 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə 31,2 % azalıb.

Nəticədə, əvvəlki il 11,3 milyon manat ümumi mənfəət əldə edən şirkət bu dəfə 2 milyon manatlıq ümumi zərərlə üzləşib. Maliyyə xərclərinin 7,3 milyon manata qədər artması isə şirkətin vergiyəqədərki nəticəsini 6,9 milyon manatlıq zərərə çevirib.

Bu göstəricilər fonunda "Diadem"in cəmi aktivləri 114,4 milyon manata yüksəlib. Bu, ötən ilin sonuna nisbətən 11,2 % artım deməkdir. Eyni zamanda, cəmi öhdəliklər 17,2 % artaraq 114,8 milyon manata çatıb. Nəticədə, şirkətin kapitalı mənfiyə düşüb – 2024-cü ilin sonunda mənfi 408,6 min manat təşkil edib.скачать dle 11.3

Son xəbərlər