Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın tikinti şirkəti faktiki müflis olub

10.10.2025 20:27 861
Azərbaycanın tikinti şirkəti faktiki müflis olub
Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC 2024-cü ili 5,504 milyon manat xalis zərərlə başa vurub. Halbuki, Şirkət 2023-cü ildən 1,856 milyon manat xalis mənfəətlə çıxmışdı.

Ötən il "Diadem"in vergiyəqədərki zərəri 6,88 milyon manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 1,376 milyon manat (əvvəlki il ödəmə olub) təşkil edib.

Bu il yanvarın 1-nə "Diadem"in aktivləri 114,408 milyon manat olub ki, bu da illik müqayisədə 11,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 17,2 % artaraq 114,817 milyon manata, 4,995 milyon manatlıq balans kapitalı isə 409 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub (yəni, kapitalı mənfiyə düşüb, faktiki müflis olub), o cümlədən nizamnamə kapitalı 3,3 % artaraq 3,101 milyon manata çatıb.

Xatırladaq ki, "Diadem" 2017-ci ildə yaradılıb. Onun səhmdarları 75 % payla Elbrus Nəbiyev və 25 % payla Kəmalə Dostumaliyevadır.
//report

Son xəbərlər