Mojo.az Banner
SON DƏQİQƏ
20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azərxalça" zərərdən xilas ola bilmədi

29.08.2025 21:45 672
Dövlətə məxsus "Azərxalça" ASC 2024-cü ili 2 milyon 118 min manat xalis zərərlə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 746 min manat xalis zərərlə bağlamışdı. Beləliklə, "Azərxalça"nın xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 372 min manat və ya 21.3% artıb.

Median.Az
Marja.az-a istinadla xəbər verir ki, "Azərxalça"nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 4 milyon 339 min manat ikən, 2024-cü ildə 5 milyon 347 min manata yüksəlib (1 milyon 8 min manat və ya 23.2% artıb). Şirkət ötən il 194 min manat da sair gəlirlər, 537 min manat maliyyə gəlirləri də əldə edib (2023-cü ildə müvafiq olaraq 295 min manat və 588 min manat).

Ötən il "Azərxalça"nın ümumi xərcləri 1 milyon 127 min manat və ya 17.6% artaraq 8 milyon 196 min manat təşkil edib (2023-cü ildə 6 milyon 969 min manat təşkil etmişdi). Cəmi xərclərin artması sair əməliyyat xərclərinin 7 dəfəyə yaxın artması ilə əlaqədardır.

31 dekabr 2024-cü il tarixində "Azərxalça" ASC-də yığılmış zərər 24 milyon 231 min manata çatıb (2023-cü ilin sonunda 22 milyon 152 min manat). Şirkətdə yığılmış zərər dövlətə məxsus 15 milyon manatlıq nizamnamə kapitalından çoxdur.

Qeyd edək ki, "Azərxalça" ASC 5 may 2016-cı il tarixində təsis edilib. Şirkətin əsas fəaliyyətinə xalça və xalça məmulatlarının istehsalı və satışı, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər daxildir. "Azərxalça" ASC-nın nizamnamə kapitalı - Azərbaycan Respublikası Hökumətinə məxsus və hər birinin nominal dəyəri bir manat olan 15 milyon səhmdən ibarət olmaqla, cəmi 15 milyon manat təşkil edir. Şirkətin 31 dekabr 2024-cü il tarixinə strukturunda 647 nəfər işçisi olub. "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Səlhab oğlu Məmmədovdur.скачать dle 11.3

Son xəbərlər