Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalanıb

09.10.2025 18:58 672
Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalanıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Mtsxeta-Mtianeti bölgəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçiriblər.

Nazirliyin yaydığı məlumata görə, keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində Patrul Polis İdarəsinin Mtsxeta-Mtianeti Baş İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı - 1981-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.

İstintaq materiallarına əsasən, saxlanılan şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməkdə, saxlamaqda və satışına şərait yaratmaqda ittiham olunur. Onun şəxsi və yaşadığı evə baxış zamanı 42 bükümdə "Metadon" adlı narkotik vasitə sübut kimi götürülüb.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə istintaq aparılır. Qanun bu əmələ görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Son xəbərlər